ONLAYN: 24

Qonaq: 541 Cəmi: 568
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 228,9 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) _Gйпеl_ - 20 deq.
2) Hökm - 12 deq.
3) JoKeR - 9 deq.
4) Abbas - 7 deq.
5) amon - 1 deq.
6) ÊLfid - 1 deq.
7) Karades_444 - 1 deq.
8) XAMLİYON__GÖZƏL - 1 deq.
Lucid dream - (Anlayışlı yuxu)
Maraqlı Yüklə
Lucid dream - (Anlayışlı yuxu)
Hər yuxunu idarə etmək mümkünsüzdür. Yuxunun idarə edilməsini öyrənmək “Lucid dream”-in (anlayışlı yuxunun) bir hissəsidir. Bunun üçün sadəcə yuxu görmək kifayət deyil, siz yuxu dünyasının qaydalarını öyrənməlisiniz. Müəyyən üsullarını və texnikaları öyrənməklə siz xəyal dünyanızda istədiyiniz hər şeyi edə bilərsiniz. Anlayışlı yuxunu öyrənənlər ilk öncə yuxuda necə uça biləcəyini düşünür. Bu ümumi arzudur və əminəm ki, anlayışlı yuxunu bilən hər kəs bunu nə vaxtsa edib, ancaq yuxudakı uçuşa nəzarət etmək o qədər də asan deyil. İnsan normal həyatda uça bilmədiyi üçün, şüurlu beyinin yuxuda buna inanması çətindir.
Siz ya yüksəklikdə olmalısınız, ya da özünüzü buna inandırmalısınız. Bu fiziki deyil, ruhidir. İnanmaq və uçduğunuzu görmək üçün yuxu məkanında hoppanmaq və ya fırlanmaqla başlamalısınız. Tədricən daha yüksəyə qalxmağınız lazımdır. Unutmayın ki, bu yuxudur və siz zədə ala bilməzsiniz. Təcrübə göstərir ki, siz buludlardan yüksəkdə olacaqsınız, superman kimi şəhərin üzərində uçacaqsınız. Əgər istəsəniz, uçmaq üçün yardım da ala bilərsiniz. Bu nəhəng qanadlardan tutmuş əjdahanın belində uçmağa qədər hər şey ola bilər.
Hər şey düşüncənizdən asılıdır. Yuxu səhnəsini gözləriniz qarşısında canlandırmaq çətin ola bilər, çünki, ilk növbədə siz bunun baş verəcəyini gözləmirsiniz. Əlbəttə, əgər yuxunun idarə olunmasından söz gedirsə, hər zaman başqa üsul vardır. “Lucid dream” araşdıranlar yuxu məkanını dəyişdirməyin bir neçə yollarını tapmışdırlar. Məsələn, mən çölün ortasındayam, ancaq yemək yemək istəyirəm. Beləcə mən məntiqi yuxu tətbiq edirəm.
Təsəvvür edirəm ki, dayandığım məkanda məndən iki addım arxada restoran var və mən ora daxil olub pulsuz yemək sifariş verirəm. Ya öz yuxunuzu qurun, ya da yuxunun sizi istədiyi yerə aparmasına icazə verin. Siz bunu güzgü ilə də edə bilərsiniz. Ən vacib amil məkanın dəyişməsinə həqiqətən inanmaqdır. Yuxunun idarə olunmasında asan üsul zaman vasitəsilə səyahətdir. Özünüzü buludların üzərində təsəvvür edin, geri dönərkən zamanın və məkanın dəyişəcəyini düşünün. Bu ani zaman səyahətidir. Və ya öz zaman maşınınıza daxil olun, bütün düymələri basın, özünüzü zaman səyahətinə inandırdıqdan sonra zaman maşınından çıxın. Hər iki metod zaman və məkan dəyişmək üçündür, siz bu üsullarla başqa ölkəyə, başqa planetə gedə bilərsiniz. (Təbii ki, yalnız yuxuda) yoxlamağa dəyər.
"Əgər həyatımızın üçdə birini yataraq keçirmək məcburiyyətindəyiksə, o halda niyə də yuxularımızda da öz iradəmizlə yaşamayaq?" - Stephen Laberge.
Heç yuxu görən zaman yuxuda olduğunuzun fərqinə varmısız? Təcrübələr göstərir ki, insanların 50%-i həyatlarında ən azı 1 dəfə, 20%i isə ayda 1 dəfə belə bir hadisə ilə qarşılaşırlar. Buna "Lucid Dream" deyilir. Bəzi methodlardan istifadə etməklə hər bir insan yuxularını idarə edə bilər. "Amma mən yuxu görmürəm" deyə bilərsiz, ama hər kəs yuxu görür. Bəziləri tez unutmağı seçər. Çünki yuxular qarışıq olduğundan beyin onu yaddaşda saxlamaq istəməz və yaddaşdan tez bir zamanda (ortalama 10 dəqiqə müddətində) silər. Əgər yuxularınızın yadda qalan olmasını istəyirsizsə, yatağınızın yanına qələm və dəftər qoyun. Yuxudan oyandığınız zaman, dəftərdə qeydlər aparmağa çalışın.
Yuxuda demək olar, istədiyiniz hər bir şeyi etmək bacarığındasınız. Yuxularını idarə edə bilən şəxslərin ən çox etdiyi şey isə "Uçmaq"-dır. Bəzi şəxslər isə real həyatda edə bilmədikləri  problemi yuxuda həll etdiklərini iddia edirlər. "Yuxuda bütün elementlərin lazımi qaydada düzüldüyü cədvəl gördüm" bu sözlər məşhur kimyaçı Mendeleyevə aiddir. Siz bu yazını oxuyarkən 2 milyard insan yuxu görür, onlardan yalnız 100 minlərcəsi Lucid Yuxu görə bilir. Araşdırmalara görə yuxusunu idarə edə bilən insanlar yaradıcı, məsuliyyətli insanlardır.

Yuxunu idarə etmək üçün metodlar

"Bir yerlərdəyəm. Bu yerlər tanış gəlir nəsə. Amma nəsə qəribəlik var. Addımladığımı zənn eləmirəm, sanki torpağın üstündə süzürəm. Mən hardayam? Bayaqkı yer deyil burası. Yoxsa? Yoxsa, mən yuxudayam?". Əgər həyatınızda nə zamansa buna bənzər bir hadisə ilə rastlaşmısınızsa, siz də Lucid Yuxu görmüş bir şəxssiz. Amma bəzi methodlar var ki, hansı ki, sizin daha çox Lucid Yuxu görməyinizə köməklik edir.

1.Yuxu dəftəri tutmaq. Mendeleyevin də etdiyi kimi, yuxudan oyanır-oyanmaz gördüklərinizi (qarışıq olsa belə) mümkün olduğu qədər dəftərdə qeyd etmək . Bunu edərsizsə, bəzi hadisələrin tez-tez təkrarladığını görəcəksiniz, eyni yerlər, eyni insanlar, hətta eyni danışıqlar. Yuxuda olduğunuzun fərqinə varmaq, yuxunuzu idarə edə bilmək üçün ilk addımdır.

2-ci method biraz yuxu rejiminizin pozulmasına gətirib çıxarda biləcəyindən biraz riskli hesab oluna bilər. Çünki normalda oyanacağınız vaxtdan 1-2 saat əvvəl yuxudan oyanıb, 10-15 dəqiqə oyaq qalmalısınız. Daha sonra yenidən yata bilərsiniz, amma normal yatdığınız  yerdə deyil, fərqli bir yerde. Divanda, stolda və ya hər hansısa bir yerdə. Yuxuya getdiyiniz an beyninizdə canlandırdığınızın, görmək  istədiyiniz şeyləri sadalayın. "Göydə uçmaq istəyirəm, göydə uçmaq istəyirəm, göydə uçmaq istəyirəm". Daha sonra gerçəklik testi gəlir. Yuxuda olduğunuz fərqin varmalıyıq. Bunun bir neçə methodu var.
Saatınıza baxın. Daha sonra ətrafa baxın. Yenidən saata baxdığınızda saatınızın əqrəbinin çox dəyişdiyini görəcəksiniz. Çünki beynimizin yuxuda rəqəmlər ilə arası heç də yaxşı deyil.
Super güclərinizdən istifadə edin. Uçun, telepati ilə əşyanın yerini dəyişdirməyə cəhd edin, uzağa tullanmağa çalışın.
Güzgüdə görünüşünüzü dəyişdirin. Normalda göründüyünüzdən daha fərqli biri olmağa çalışın, geyiminizi dəyişdirin.

3-cü method, 30-40% ehtimalla Lucid Yuxu görməyimə kömək olur. Yuxudan özünüzü oyatmağa çalışın, qəribə səslənə bilər, anidən yuxudan oyanmağa çalışın. Daha sonra gördüyünüz yuxunu beyninizdə canlandıraraq yatmağa çalışın. Yuxuda olduğunuz an, gerçəklik testi etməyə çalışın. Daha sonra yuxunuzu istədiyiniz kimi idarə edə bilərsiniz.


Dostlarınızla paylaşın

152 nəfər bəyənib.
Şərhlər: 5
  1. ice berg
    Mendeleyev kimi yuxu dəftəri tutub,öncə cızma-qara edib oyananda da yazılanları oxuya bilməsək necə?😀
    3cü metod tanış kimi,etmişəmmiş kimi gəlir:)
    Təşəkkürlər
    1. ÊLfidÂ
      Onda demək lucid dream sənlik deyil😂 Mən telefona notlara yazırdım alınırdı 😂
      1. ice berg
        Hə 100%mənlik deyil😂
        Səhər oyananda heçolmasa nə yazdığını ayırd edə bilirdinmi?😂
        1. ÊLfidÂ
          Aha edirdim mən 😁
          1. ice berg
            Afərin qız mən olsaydım edə bilməzdim.Heç nə yazmışam oxuyada bilməzdim😂Lucid dream tam sənə görə😃

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.