ONLAYN: 20

Qonaq: 395 Cəmi: 418
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Nigar - 2 saat 53 deq.
2) Hökm - 1 saat 20 deq.
3) ice - 1 saat 20 deq.
4) Nuray - 1 saat 18 deq.
5) XAMLİYON__GÖZƏL - 42 deq.
6) ÊLfid - 42 deq.
7) Adnur - 37 deq.
8) Gülüşüm💕 - 32 deq.
9) amon - 24 deq.
10) _Gйпеl_ - 20 deq.
Valideynlər DİQQƏT: Uşağınız gec dil açırsa
Ana və uşaq Yüklə
Valideynlər DİQQƏT: Uşağınız gec dil açırsa
Bu günün şüarı gec danışanlar, nitqi ləngiyən uşaqlar üçündür...

Sözlər üzərində fokuslaşmayın, səslərlə oynayın!

Körpələrinizə nitqi sevdirin!

Danışmaq qəşəngdir, sən bunu bacarırsan, sən danışa bilirsən, sən çox qəşəng danışırsan!

LoaDiNG.Az lent.az-a istinadən xəbər verir ki, hər gün valideynlərdən körpələrinin nitq ləngimələri ilə bağlı təəssüflərini eşidirəm. Qərara gəldim ki, valideynlərin mənlə paylaşdıqlarını sizlər üçün yazaraq təqdim edim. Çünki günümüzdə bu şikayətləri çox eşidirik. Ümid edirəm ki, hər valideyn üçün əhəmiyyətli olar.

Valideynlər ilk olaraq deyirlər ki, uşaqda problemdən şübhələndiyim vaxt ən böyük səhvim GÖZLƏMƏK olub. Nə edəcəyimi bilmədən gözləyirəm ki, düzələcək. Nəsə edə bilmədiyim zamanda gözləmək mənə ən yaxşı variant kimi görünə bilir.

Əgər sən nitq ləngiməsi olan uşağın valideyni və ya əhatəsindəsənsə, dəstək üçün bunlara əməl etməlisən.

Söz (verbal) rutinləri ilə tanışlıq

Verbal və ya söz rutini nədir?

Müəyyən vaxtda təkrarlar edilməklə biz söz rutinlərini istifadə edirik. Bəs necə?

MÜTLƏQ EYNİ SÖZLƏR EYNİ ÜSULLA EYNİ VAXTDA EYNİ MƏQSƏD ÜÇÜN EYNİ ƏŞYALARLA OLMALIDIR.

Məsələn, əgər uşağınız parka getməyi sevirsə, parka getmək üçün evdən çıxdıqda "Gedək?", - deyə soruşun. Lakin "gedək" sözünü bir neçə dəfə təkrarlayın və bu situasiyanı təkrar olaraq bir neçə dəfə yaradın. Artıq o qədər soruşacaqsınız ki, həmin situasiyada uşaq özü "gedək" deyəcək.

Danışığı ləngiyən körpələr üçün söz rutini güclüdür. Lakin bir məsələ də var ki, bu rutinlər evdə bir neçə dəfə uşaq öyrənənə qədər və həmçinin sizə sözlə cavab verənə qədər təkrar olunmalıdır. Təəssüf ki, valideynə bu tapşırldıqda onlar evdə bir dəfə tətbiq edirlər və sonra da "mənə heç cürə söz demir uşağım, mənlə danışmır", - deyə şikayətlənirlər. Və yaxud da valideynə tapşırdıqda onlar evdə bir dəfə tələb edir, sonra buraxılır və edilmir. Bu, onlara adi gəlir. Lakin bu, rutin şəklində bir neçə dəfə təkrar edilməlidir. Çünki hər dəfə təkrar edildikdə uşaq sizinlə kontakt yaradır və beləliklə də, kiçik ünsiyyətin, dialoqun əsası qoyulur. Belə tətbiq edildikdə təsir daha effektli olur və yalnız bu zaman müsbət nəticəni tez əldə edə bilirik. Bu proses uşağın nitqi açılana qədər davam etdirilməlidir.

Məsələn, hər vaxt uşağı hoppandırmağa (hop, hop, hop) hazır olun və ya aşağı qoyanda 1, 2, 3... deyin. Bunu bir neçə dəfə edin və bir, iki, üç saydıqda üç demədən öncə fasilə verin, bu zaman, uşağınız, sizə baxacaq və sizin nitqinizi tamamlamağa çalışacaq. Yaxud mahnı oxuyun, uşaq mahnını tanıdıqdan sonra isə fasiləylə oxuyun ki, siz dayandığınızda uşağınız davam etdirsin.

Əziz valideynlər, həmçinin uşağınızla normal rutinlərdə də iştirak edin (yemək, oynamaq, maşın sürmək və s.).

Nə vaxt ki, uşaq danışmağa başlayır bax, o zaman qətiyyən dərhal sözə fokuslaşıb, ona söz dedirtməyə çalışmayın! Cümlə qurmağa tələsməyin! Bəzən uşaqlar söz deməyə başladıqda valideynlərin uşaqdan gözləntiləri artır, söz və cümlə tələb etməyə başlayırlar. Lakin buna tələsmək lazım deyil. Çünki uşaq yeni-yeni danışmağa başladıqda bu prosesi bir müddət sadə oyun şəklində davam etdirmək lazımdır ki, uşaq danışmaqdan qorxmasın və nitqi sevsin.

ELƏ İSƏ SƏSLƏRLƏ OYUN VAXTIDIR

Əgər uşağınızın nitqindən erkən sözlər gəlmirsə, oyun səsinizi müəyyənləşdirin;

Süni qışqırmaq - süni asqırmaq

Süni gülmək - süni ağlamaq

Süni boğulmaq - süni yemək və içmək

Süni xoruldamaq - süni istiləşmək

Süni donmaq - süni titrəmək

Süni öskürmək

Ş ş ş - sakit

Maşın səsi (bip, bip, bip, vın, vın, vın)

Süni öskürmək, əsnəmək, köpüyü partlatmaq (part, part, part), meyvəni səsli yemək (nyam, nyam, nyam) və s. Körpə məqsədyönlü şəkildə öyrənir və danışmaq ona maraqlı gəlir. Bu oyunlar sayəsində körpələriniz motivasiya olunurlar. Özlərini rahat və güvəndə hiss edirlər. Artıq siz hər dəfə onlarla oynadığınız zaman asanlıqla, səsli şəkildə, sizi təkrar edirlər, sizlə oynayırlar və nəhayət, ilk sözlərini deməyə başlayırlar.

Dostlarınızla paylaşın

126 nəfər bəyənib.
Şərhlər: 2
  1. Elnare
    Menim shirinlerim ikiside tez dil acib.. InshAllah hec bir ushaq saglamliqla bagli problem yashamasin 🙌
  2. Kənan Heydərov
    Maşın səsi (bip, bip, bip, vın, vın, vın)

    Bu maraqlı gəldi))

    İnşəAllah hamısı dil açar

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.