ONLAYN: 20

Qonaq: 413 Cəmi: 436
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,7 Min
2) Elnare » 422,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) amon » 346,1 Min
7) Avara_Şair » 316,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 252 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 65 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) gece - 6 deq.
2) metadon - 1 deq.
Bayram günlərində
Xəbərlər Yüklə
Bayram günlərində
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “ Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional və yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik sistemi tətbiq ediləcək. Bu məqsədlə “Azərsu” ASC sədrinin müavinləri, departament və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.

Əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə qarşıdakı günlərdə qəza xidmətləri fasiləsiz və operativ fəaliyyət göstərəcək. Bayram günlərində planlı təmir və qoşulma işləri həyata keçirilməyəcək.

Bu müddət ərzində “Azərsu” ASC-nin qəza, meterologiya xidmətləri 24 saat fəaliyyət göstərəcək. İçməli su xətlərində qəzaların, tullantı su xətlərində tutulmaların qarşısını almaq, həmçinin sayğaclarda yaranmış nasazlıqları aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görüləcək.

“Azəriqaz” İstehsalat Birliyi (İB) bayram günlərində də fəaliyyətini əvvəlki kimi davam etdirəcək.


İB-dən verilən məlumatda qeyd olunur ki, qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

Qəza hallarının aradan qaldırılması barədə isə İB-nin baş direktoru Ruslan Əliyevin tapşırığına əsasən istənilən qəza həmişə ayrılan vaxtdan üç saat tez bitəcək.

Həmçinin, Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları da mart ayının 20-28 tarixlərində xidmətlərini icra edəcəklər.

Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək.

Bundan başqa əvvəlcədən ödənişli “Zenner” sayğaclarının kartlarının bazaya işlənilməsi və aktiv olunması, əvəzlənmiş əvvəlcədən ödənişli sayğacların kartlarının verilməsi ilə bağlı müraciətlər təmin ediləcək.

50 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 15:00-dək, bazar günləri isə saat 10:00-dan 14:00-dək iş başında olacaqlar. Müştəri xidmətləri yalnız martın 21-də göstərilməyəcək.

Dostlarınızla paylaşın

157 nəfər bəyənib.
Şərhlər: 1
  1. Kənan Heydərov
    Məlumat üçün təşəkkür

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.