ONLAYN: 18

Qonaq: 631 Cəmi: 652
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 228,8 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 2 saat 39 deq.
2) Nuray - 55 deq.
3) ice - 43 deq.
4) Hökm - 42 deq.
5) Nigar - 40 deq.
6) XAMLİYON__GÖZƏL - 35 deq.
7) Gülüşüm💕 - 30 deq.
8) Abbas - 27 deq.
9) beybala_beybala - 26 deq.
10) Miracle - 23 deq.
Oxunması qadağan edilən 10 kitab
Maraqlı Yüklə
Oxunması qadağan edilən 10 kitab
1. "Farenqeytlə 451 dərəcə" – Rey Bredberi
Bredberi kitabların yandırılma metaforunu o qədər aktual edib ki, kitabın başlığını belə adlandırıb. 60-cı illərdə ötürdüyü sosial mesajlara görə qadağan olunan kitabın məzmunu çox maraqlıdır. Belə ki, 451 dərəcə - kağızı yandıran temperaturdur. Cəmiyyətdə kitablar qadağan olunur və yanğın söndürənlər aşkar etdiyi hər mətni yandırır. Lakin oxu yerini interaktiv TV əvəz edir. İnsanlar təbiətlə, mədəniyyətlə və bir biriləri ilə əlaqəni itirir. Sadə yanğın söndürən Qay Monteq cəmiyyətdən kənarlaşdırılmış bir qızla tanış olur. Cəmiyyətdən kənarlaşdırılmasının səbəbi isə, onun təbiətlə maraqlanması və öz hissləri haqqında danışmaq istəyi olur. O, öz evlərinə bir neçə yandırılmamış kitabları gətirir. Həyat yoldaşı Qayı satır. O, gizlənir və bilik qorumaq üçün gizli hərəkata qoşulur. Romanın sonunda 60-cı illərin fantastikasına xas olan ümid yaranır, müəllif müqavimətin zəruriliyinə və məhsuldarlığına inanır.

2. "Qərb cəbhəsində təbəddülat yoxdur" – Erik Mariya Remark
"O, cəbhə bölgəsində sakitlik zamanı, 1918-ci il oktyabrında öldürülmüşdü, hərbi hesabat yalnız bir cümlədən ibarət idi” cümləsi ilə başlayan kitab müharibə və dəhşət anlayışını, insan faciəsini və vəhşi psixologiyaya sahiblənməni çox gözəl əks etdirirdi. Remark - müharibənin qəhrəmanlıq pafosunun görüntüsünü qırmış ilk yazıçıdır. Yazıçının dürüstlüyü və səmimiyyəti yalnız bəzi səbəbkarları qorxuya salmışdı. Kitab 1929-cu ildə kitab ABŞ-da qadağan olunub.

3. "Əcaib yeni dünya" – Oldos Xaksli
Kitabda həm sərt satira, həm də Qərb cəmiyyətinin real xüsusiyyətləri təsvir olunub. Romanda təsvir olunan Cəmiyyətin gələcəkdəki məqsədi - mümkün qədər çox istehlak etməkdir. Bu dünyanın Allahı Ford sayılır. O, modern istehlak sivilizasiyanın rəmzidir. Bu sivilizasiyada insanlar sınaq borularında doğulurlar və onlar doğuşdan əvvəl sıralanırlar. Onların əqli inkişafını dayandırmaq və iyerarxiya siniflərinin dəstəyi üçün, sınaq borularına müxtəlif miqdarda spirt əlavə olunur. Personajlar özlərini ifadə etmək üçün, onlara təklif olunmuş ifadələrdən istifadə edir, onlar düşünməyə öyrəşməyiblər. Kədər heç bir əks təsiri olmayan narkotik sayəsində məhv edilir. Əsərdə Xoşbəxtlik cəmiyyətin stabilliyini qorumaq üçün istifadə edilir. Emosiyalar ciddi ölçülərdədir. Sevgi yoxdur, ailə münasibətləri məhv edilib...
Bu cür sərt ideyalara görə roman qadağan olunmuş kitablar siyahısına düşüb.

4. "Rişxənd edəni öldürmək" – Harper Li
"Rişxənd edəni öldürmək" (1960) Amerika cəmiyyətində irqçiliklə bağlı problemləri qabardan ən birinci romandır. Kitabda müəllimə Hitler tərəfindən yəhudilərin təqib edilməsini pisləyir, lakin o da zənciləri "ikinci dərəcəli " insan hesab edir. Atası silah verilən gözlüklünün qardaşına deyir ki, " Rişxənd edəni öldürmək - böyük günahdır, çünki "o zərərsizdir". O, bizə yalnız xoşbəxtlikdən oxuyur. Bizim önümüzdə real hadisələr əsasında olan anti-irqçi roman var. Harper Li Cənubda yerləşən şəhərcikdə böyüyüb, orada öz gözləri ilə bütün vəhşilikləri görüb.

5. "Nə etməli?" – Nikolay Çernışevski
Kitab "Vaxt keçdikcə insanlar ləyaqətli olacaq. Onda hər şey yaxşı olacaq" inancı ilə yazılıb. Baş qəhrəman Vera Pavlovna durğun patriarxal həyatdan imtina edib. O, kimi sevməsini, evi necə idarə etməsini və ürəyincə olan məşğuliyyəti özü üçün müəyyən edir. Təbii ki, belə bir hekayə mənəviyyata birbaşa çağırış idi. Mətndə daha çox Veranın məşhur "yuxuları" - gələcək cəmiyyətin ədalətli olmaq fantaziyası yer alır.

6. "Kuraj ana və onun övladları" – Bertolt Brext
Brext sadəcə dramaturq deyildi, yeni teatr sistemini yaradan, antifaşist, solçuluğun nümayəndəsi idi. Onun "Birləşmiş cəbhə mahnısı" alman işçilərinin döyüş himninə çevrilmişdi. Hitlerin hakimiyyətə gəlməsi nəticəsində Brext köçmək məcburiyyətində qalır. Mühacirətdə olarkən yazdığı "Kuraj ana və onun övladları” (1939) kitabı öz vətənində qadağan edilir. Kuraj ana nə dərəcədə günahkar idi və insan öz taleyini dəyişə bilərmi? Bu kimi suallara Brext birbaşa cavab vermir, lakin o, romana yeganə müsbət obraz daxil edir- lal Katerina, Calais şəhərinin sakinlərini xilas edərkən həlak olmuş Kuraj ananın qızı.

7. "Portağal mexanizmi" – Entoni Berces
Romanda baş rolda olan Aleks, Bethovenə qulaq asaraq, balaca qızlara təcavüz etdiyini xəyal edir. Onun da üzv olduğu cəmiyyət repressiv üsullarla aqressiya mexanizmini dəyişməyə çalışır. Aleks "müalicə" kursu keçdikdən sonra, patoloji olaraq təcavüz qabiliyyətini itirir. Cəmiyyət və hakimiyyət müdafiəsiz Aleksə mümkün olan üsullarla istehza edir. "Portağal mexanizmi" bizdə bir neçə suallar doğurur : insanın zorakılığa hüququ varmı? Sosial təcavüzün mənşəyi nədir? Dövlət bizim azadlığımızı nə qədər məhdudlaşdıra bilər?

8. "Ən mavi gözlər " – Toni Morrison
Zənci qız Pekola məcburən ağ dərililərin dünyasında yaşayır. O, sərxoş atası tərəfindən zorlanandan sonra dəli olmağa başlayır. Qızcığaz ağ dəri və mavi gözlər arzusunda olur. Pekola keşişdən onun gözlərinin mavi etməsini xahiş edir, o isə qızcığazı aldadaraq, xəstə iti öldürməyə məcbur edir. Bundan sonra o, tamamilə reallıqla əlaqəsini kəsir və özünə yalançı dost uydurur. Dostu ona deyir ki, o, ən mavi gözlərə sahibdir. Bu kitab nəinki anti-irqçi, feminist romandır. Qəddar dünya onu həm dəri rənginə, həm də cinsinə görə rədd edir.

9. "Qəzəb salxımları " – Con Steynbek
Roman, öz torpaqlarını itirmiş və minlərlə insan kimi, bütün Amerikada bir tikə çörək axtarışında olan ailədən bəhs edir. Sakit okeana çata bilməyənlər, təzə qəbirlərin ətrafından keçməyə məcbur olurlar. 30-cu illərdə ABŞ-da görülməmiş iqtisadi böhran yaşanır, milyonlar işsiz, çadırlarda yaşayan insanlar olur. Personajlardan biri bildirir ki, "Ölkəmiz pozulur". Amerikalıların ürəyində əzab salxımları yetişir. Steynbek tarixi qəza anlayışından yazsa da, inanır ki, xalq bu zərbədən sağ qalacaq. Senzuraçıları ən çox qorxudan, hakimiyyəti və talelərini öz əllərinə almaq çağırışı idi.

10. "Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü" – Kurt Vonnequt
"1945-ci ilin fevralında Amerika və ingilis hərbi aviasiya qüvvələri heç bir hərbi qüvvəsi, hərbi obyektləri olmayan Drezdeni bombalayırlar və bunun şahidi olmaq Vonnequta çox ağır təsir edir.
Bu bombardmanda Vonnequt və digər əsirlər zirzəmidə, sallaqxanada işlədikləri üçün sağ qala bilirlər.
Drezden bombardmanında 135 min insan həlak olur. Avropa üçün rekord – çox kədərli rekord! Vonnequt deyir ki, bu fəlakətdən yalnız bir nəfər qazanclı çıxdı, o da onun özüdür. Çünki o hər ölüyə görə beş dollar qazanıb – "Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” romanının qonorarı şəklində...

Dostlarınızla paylaşın

152 nəfər bəyənib.
Şərhlər: 1
  1. ice berg
    Farenqeytlə 451 dərəcə"kitabı çox maraqlı gəldi..kaş qadağan olunmasaydı:/
    Məlumata görə təşəkkür.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.