ONLAYN: 26

Qonaq: 489 Cəmi: 518
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,3 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,2 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Deniz - 26 deq.
2) Abbas - 24 deq.
3) beybala_beybala - 18 deq.
4) Miracle - 2 deq.
5) _Gйпеl_ - 1 deq.
6) amon - 1 deq.
7) Elnare - 1 deq.
-.Qadın olmaq günəş olmaqdır.-
Müxtəlif Yüklə
-.Qadın olmaq günəş olmaqdır.-
-Qadın olmaq günəş olmaqdır,işıq gətirməkdir.Qadın gələcək.Özü ilə bərabər kədərini gətirəcək,amma sevinc bəxş edəcək,ümidsizliyini gətirəcək amma ümid olacaq,çarəsizliyini gətirəcək amma çarə olacaq.Qadın gələcək.İşıq olacaq,həyat eşqini,yaşama sevincini artıracaq,gözündə ən mənasız bildiyin dəyərlərə dəyər qatacaq.Yalnız insanın deyil ki,həyatın,dünyanın,yaşamın ehtiyacı var qadına.Misralar nə qədər gözəl olur-olsun, qadın deyilmi, o şeirləri yazdıran,onun varlığı deyilmi,cansız misralara nəfəs qatan?!

Ana deyilmi,insana ən doğma söz dünyada..Gözün ilk gördüyü,qəlbin ilk sevdiyi qadın.Yanında böyüdüyün,yanında"balacalaşa bildiyin".Bir ananın güclü olduğu qədər güclü biri varmı?!Bəlkə də gücün meyarı başqa olmalıydı,ən güclü varlıq anadan başlamalıydı.Hüseyn Arifin "Analar"şeirinde deyildiyi kimi: Torpağmı anasız qalmasın deyə, Torpağın qoynuna köçür analar. Həyatı boyunca nələrsə axtarır insan...Bir gözəllik olsun istəyir.Sanki bütün çətinliklərə baxmayaraq,bir "sığınacaq"olsa,hər şey yoluna düşəcək,bir qayğı olsa,bütün problemlər həllini tapacaq,heç bitməz dediyin dərdlər unudulacaq.Sanki o sığınacaq olsa,kədəri belə sevəcəksən.Bir qadındır o sığınacaq. Qadın anadır,qadın dostdur,bacıdır,qadın sevgidir,sevgilidir.

"Qadının yaxşısı qədər yaxşı,pisi qədər pis varlıq yoxdur"deyib Evripid.Pis olmağı insan planlaşdırmır.Uşaqlıq xəyallarında kimsə "mən böyüyüb pis insan olacam"demir.Həyat insanı çox imtahanlara çəkər.Deyirlər:"zamanın silsilə sınaqları adamı ya adam edər,ya nadan.

"Hər kəs o sınaqlar qarşısında eyni əzmi göstərmir,eyni düşüncəyə sahib olmur,Belə ki,bütün qadınlar da eyni dərəcədə yaxşı ola bilmez.Amma biz o "dərəcə"ni müəyyən edə bilmərik.Üzünə baxıb qəlbindəkiləri görə bilmərik.Görmək mümkün olsa,hər qadının qəlbində nə qədər sevgi olduğunu görərdik,nə qədər mərhəmət olduğunu görərdik.Amma kimisində bu hisslər üzdədir,kimisində çox dərində.

Səbəb olma.Ən gözəl,ən saf hisslərini dərinə-dərinə atmağa səbəb olma.Bir qadına dost ol,qardaş ol,"mənim atam-qəhrəmanımdır"deyə biləcəyi ata ol,qadına rəfiqə ol,dəstək ol.Çünki,bir qadın sevildiyi qədər gözəl,dəyərli ve xoşbəxtdir.

Dostlarınızla paylaşın

180 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.