ONLAYN: 15

Qonaq: 312 Cəmi: 330
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 534,6 Min
2) Elnare » 416,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 314,4 Min
7) amon » 302,9 Min
8) AzizA » 291,6 Min
9) Sensiz darixiram » 244,7 Min
10) Луна » 239,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 65 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) n2006 - 32 deq.
2) ÊLfid - 29 deq.
3) XAMLİYON__GÖZƏL - 21 deq.
4) amon - 21 deq.
5) okean-silentum - 20 deq.
6) Terlan - 18 deq.
7) Men_Bir_Melek - 17 deq.
8) Adnur - 17 deq.
9) Avara_Şair - 15 deq.
10) Rehimoffa - 13 deq.
"Ramazan ayı" niyə belə adlandırılıb?
İslam Dini Yüklə
"Ramazan ayı" niyə belə adlandırılıb?
Ramazan” - ərəb sözüdür və mənası yandırmaq deməkdir. "Ramazan” - günəşin qumların üzərinə nur saçması kimi mənalandırılır. Müsəlman ayları içərisində isə Ramazan ayı hicri ayının doqquzuncu ayının adıdır. Bu ayda müsəlmanlar Allahın əmri ilə oruc tutarlar.
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayını ona görə ramazan adlandırırlar ki, bu ayda insanların günahları yandırılar”.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Ramazan, Allahın adlarındandır”.
İmam Sadiq (ə) buyurur: "Ramazan ayı yaxşı aydır və bu ay Peyğəmbərin (s) zamanında bərəkətli ay adlandırıldı”.
İslam dinində bu ayın xüsusi əhəmiyyəti vardır. Din alimləri, Məsumlarımız (ə) bu aya xüsusi diqqət göstəriblər. Bu ay rəhmət, bağışlanma, bərəkət və İlahi qonaqlıq ayıdır.
Mübarək Ramazan ayı Qurani-Kərimin Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil olduğu aydır. Ramazan ayı - Quranın baharıdır
İmam Baqir (ə) buyurur: "Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır”.
Ramazan ayı tövbələrin qəbul olunduğu, günahların bağışlandığı aydır. Hər il bu ay gəlib çatan zaman günahkarların qəlbində ümid günəşi yanmağa başlayar və onlar əfv olmağa ümid edərlər. Allahla görüşər və barışarlar. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı başqa aylar kimi deyildir. Bu, elə aydır ki, gələn zaman bərəkət və rəhməti də onunla olar. O zaman ki, gedər, günahların bağışlanması ardınca olar”.
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı Allahın ayıdır və o elə bir aydır ki, Allah onda həsənələri artırar, günahları pak edər və o bərəkət ayıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı o aydır ki, əvvəl rəhmət, ortası bağışlanma və axırı cəhənnəm atəşindən azadlıqdır”.
Həzrət Peyğəmbər (s) buyurur: "Səmanın qapıları Ramazan ayının ilk gecəsində açılar və son gününə qədər bağlanmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər Allah bəndəsi bilsəydi ki, Ramazan ayında nə vardır, istəyərdi ki, bütün ili Ramazan ayı olsun”.

Dostlarınızla paylaşın

217 nəfər bəyənib.
Şərhlər: 1
  1. _Gйпеl_
    Ramazan bayramı (Fitr bayramı), (ərəb. عيد الفطر‎‎) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibəti ilə qeyd edilir.

    Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.