ONLAYN: 12

Qonaq: 306 Cəmi: 321
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 534 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) XAMLİYON__GÖZƏL - 2 saat 43 deq.
2) _Gйпеl_ - 1 saat 13 deq.
3) Adnur - 1 saat 4 deq.
4) beybala_beybala - 43 deq.
5) nigaraxundova - 37 deq.
6) Abbas - 31 deq.
7) heyatimin - 28 deq.
8) Th30 - 16 deq.
9) Deniz - 11 deq.
10) Elnare - 10 deq.
Düşüncənin gücü ilə sağalmağın sadə üsulları
Sağlamlıq Yüklə
Düşüncənin gücü ilə sağalmağın sadə üsulları
Adətən hər hansı kiçik narahatlıq zamanı belə dərhal dərmana əl atır və aptekə qaçırıq...

Ağrıları azaltmağın başqa yolları barədə az düşünürük. Bəs özünüzü yaxşı hiss etmək üçün düşüncənin gücünü sınaqdan keçirmək heç ağlınıza gəlibmi?

1. Başağrıları

Rahat bir stula əyləşin və əlinizə keçən il yayda çəkilmiş bir foto götürün. Bu, gözəl mənzərə şəkli ola bilər. Şəkilə diqqətlə baxın, bütün detalları hafizənizdə saxlamağa çalışın, sonra gözlərinizi yumun və özünüzü də bu mənzərəyə daxil edərək gördüklərinizi yenidən xəyalınızda canlandırın. Təsəvvür edin ki, dənizkənarında (ləpədöyəndə) uzanmısınız, gələn dalğalar isə sizin ağrılarınızı yuyaraq dənizin uzaqlıqlarına aparır.

2. Daxili narahatlıq / gərginlik
Okeanın ortasında kiçik qayalıq ada, özünüzü isə bu adanın zirvəsində hündür, yerini rahatlamış mayak olaraq təsəvvür edin. Mayakın divarları elə qalın və möhkəmdir ki, hətta güclü küləklər də onu silkələyə bilməz.

Yaxşı və pis havada siz gəmilərə yol göstərərək onlara güclü işıq şüası göndərirsiniz. İndi isə özünüzdə heç vaxt sönməyən daxili işıq mənbəyini hiss etməyə çalışın.

3. Stress

Siz incimisiniz və hansısa situasiyadan çıxış yolu görmürsünüz?
Düşünün ki, siz yazıçısınız, sizə rahatlıq verməyən epizod isə sadəcə olaraq ədəbi qəhrəmanın həyatından bir səhifədir. Bunu birinci şəxsin dilindən kiçik hekayə şəklində kağıza yazın.

Bütün hadisələri ən kiçik xırdalıqlarına kimi təsvir edin və mümkün qədər dəqiqliklə dialoqları qurun. Öz hisslərinizi ifadə edin. Sonra bu hekayəyə uğurlu alınmamış qaralama kimi baxın.

Onu yenidən, olmasını istədiyiniz kimi yazın. Mənfi obrazların davranışlarının motivlərini anlamağa çalışın, onların halına acıyın və onları bağışlayın. Yeni dialoqlar qurun.

İndi nə hiss etdiyinizi deyin.

Sizi təmin edəcək yeni final (sonluq) və hadisələrin həllini düşünün. Depressiya keçib gedəcək.

4. Yaşla bağlı problemlər

Bədən quruluşunuzun 5-10 il əvvəl çəkilmiş ən uğurlu fotoşəklini tapın. Gözlərinizi yumun və xəyalınızda bu fotoşəklin çəkildiyi anı – belə gənc, incə, gözəl və xoşbəxt olduğunuz anı canlandırın.

Sizin şüuraltınız bu obrazı qəbul edəcək və orqanizminizi bu obraz altında köklənməyə məcbur edəcək. Beləliklə də yağ hüceyrələri əriyəcək və üzdəki qırışlar azalmağa başlayacaq.

5. Qırışlar

Düşüncənin gücü ilə qırışları hava və günəş işığı vasitəsilə hamarlamağa çalışın, onları dəriyə hopdurun və hər hüceyrənin gəncləşərək və dartılaraq parlaq günəş işığına doğru necə
meyil etdiyini hiss edin.

6. Soyuqdəymə

Xəyalınızda parıldayan qar dənəcikləri ilə örtülmüş dağın zirvəsinə çıxdığınızı düşünün, dərindən nəfəs alaraq bütün köksünüzlə təmiz şaxtalı havanı içinizə çəkin.

Bu psixoloji möhkəmlənmə seansından sonra virusların sizə qalib gəlməsi çətin olacaq.

Sağlam olun və qoy sizin bütün düşüncələriniz də sağlam olsun!

Dostlarınızla paylaşın

180 nəfər bəyənib.
Şərhlər: 1
  1. Elnare
    Vallah axtarsan hec bu gun saglam ve normal dushunen bir insan tapa bilmersen. Bu narahatciliqlar hamimizda da var.. bu gun ele sheyler bash verir ki eksine gerginliyimizi stresimizi daha cox artirir. Faydali xebere gore coxsagol

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.