ONLAYN: 19

Qonaq: 599 Cəmi: 621
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 228,8 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 2 saat 39 deq.
2) Nuray - 55 deq.
3) ice - 43 deq.
4) Hökm - 42 deq.
5) Nigar - 39 deq.
6) XAMLİYON__GÖZƏL - 33 deq.
7) Gülüşüm💕 - 28 deq.
8) Abbas - 27 deq.
9) beybala_beybala - 26 deq.
10) Miracle - 23 deq.
Britaniyalı jurnalistin Azərbaycanla bağlı təəssüratları "The Telegraph" qəzetində
Azərbaycan Yüklə
Britaniyalı jurnalistin Azərbaycanla bağlı təəssüratları "The Telegraph" qəzetində
Böyük Britaniyanın "The Telegraph" qəzetində Azərbaycan haqqında geniş məqalə dərc olunub.

LoaDinG.aZ xəbər verir ki, məqalənin müəllifi Ceyms Stivort Azərbaycana səyahət edərək ölkəmizlə bağlı təəssüratlarını bölüşüb.

"Azərbaycan – heç vaxt səyahət etməyi düşünmədiyiniz möhtəşəm ölkə" adlı məqalədə müəllif ölkəmizin görməli yerlərindən, füsunkar təbiətindən, turizm imkanlarından bəhs edib.

Bakının "Xəzərin Dubayı" adlandırıldığı məqalədə vurğulanıb ki, Qafqaz ölkələrindən ən maraqlısı "Odlar yurdu" kimi tanınan Azərbaycandır. Baxmayaraq ki, Gürcüstan səyahət mərkəzlərindən birinə çevrilib, lakin Azərbaycan daha cazibədardır.

Müəllif Azərbaycanda olarkən Şəkiyə getdiyini qeyd edib. O bildirib ki, uzun bir yol qət edəndən sonra insan yorğunluq hiss edə bilər, lakin ətrafdakı mənzərəni görəndən sonra vəziyyət dəyişir. Paytaxtdan kənardakı boş ərazilər birdən yox olur və yerini təpəliklər, üzüm bağları, tarlalar tutur.

Məqalədə 2019-cu ildə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi diqqətə çatdırılıb. Köhnə karvansarayın çay bağçasında oturub bir zamanlar tacirlərin metal, keramika və ipək alış-verişi etdiyi yerlərə baxdığını qeyd edən müəllif Xan Sarayını da ziyarət etdiyini, Şəkinin mətbəxi ilə tanış olduğunu bildirib.

Sonra o, Kiş kəndinə getdiyini, bu kəndin daşlarla döşənmiş zolaqlı yollarının çox gözəl olduğunu vurğulayıb. Kiş kəndində tanınmış norveçli səyyah Tur Heyerdalın büstünün olduğunu qeyd edən jurnalist bildirib ki, o, Azərbaycanda çox məşhurdur. Çünki norveçli səyyah Kişdə I əsrə aid kilsənin restavrasiyasını təşkil edib. "Kişdəki kilsədə mənə iki skelet göstərdilər. Mən onların nə qədər nəhəng olduğunu gördüm", - deyə müəllif əlavə edib.

Şəkidə olarkən Quba haqqında da eşitdiyini vurğulayan britaniyalı jurnalist Bakıya qayıdıb bu rayona səyahət etdiyini diqqətə çatdırıb. O, Qubanın Xınalıq kəndinin gözəlliyindən bəhs edərək buranın İncildə haqqında yazılan yerlərə bənzədiyi vurğulayıb. Qeyd edib ki, Azərbaycanın ən ucqar ərazilərindən birində yerləşən bu kənddə dağın dibi ilə axan çayın səsini eşitmək mümkündür. O, Xınalığa müasir standartlara uyğun yolun çəkildiyini, burada insanların özlərinə məxsus həyat tərzlərinin olduğunu qeyd edib. Müəllif məqalədə Xınalıq sakinləri ilə söhbətlərinə də verib, sakinlərin onu gəzintiyə apardıqlarını, uzaqdan Şahdağı göstərdiklərini, gözəl mənzərələr seyr etdiklərini bildirib.

Ceyms Stivort Quba rayonunun dağlıq ərazisində yerləşən Qalayxudat kəndində də olduğunu, burada onu çay içməyə dəvət edən sakinin Quba qalası haqqında maraqlı əhvalatlar danışdığını vurğulayıb. O, gəzdiyi bu ərazilərin turistik məkana çevriləcəyini, Xınalıqdan Qəbələdəki qış istirahət mərkəzinə birbaşa yol çəkiləcəyini də diqqətə çatdırıb.

Dostlarınızla paylaşın

128 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.