ONLAYN: 12

Qonaq: 329 Cəmi: 344
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,2 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 59 deq.
2) beybala_beybala - 54 deq.
3) ice - 18 deq.
4) Abbas - 14 deq.
5) Nigar - 14 deq.
6) Gülüşüm💕 - 8 deq.
7) Miracle - 8 deq.
8) Nuray - 8 deq.
9) Adnur - 5 deq.
10) XAMLİYON__GÖZƏL - 4 deq.
Dünyanın ən Gözəl şəhərlərindən Biri
Maraqlı Yüklə
Dünyanın ən Gözəl şəhərlərindən Biri
Yəmənin paytaxtı Səna daimi yaşayış yerləri olan dünyanın ən qədim şəhərlərindən biridir.
“İki sahil” xəbər verir ki, özünəxas memarlıq üslubu ilə seçilən bu tarixi şəhər UNESCO-nun Dünya İrs Siyahısına da daxil edilib. Son illərdə davam edən şiddətli toqquşmalardan ciddi şəkildə zərər görən bu şəhər ağır dağıntılara məruz qalıb. 2015-ci ildə qarşıdurmalar səbəbindən paytaxtın Ədən şəhərinə köçürülməsi ilə Səna müvəqqəti də olsa inzibati mərkəz olmaq xüsusiyyətini itirib. Son vaxtlara qədər Yəmənin paytaxtı olan şəhər təəssüf ki, ölkədəki müharibə nəticəsində viran qalıb. Bu qədim şəhər min illərin tarixi izlərini daşıyır.
Qədim inanca görə Hz. Nuhun oğlu Sam tərəfindən qurulan şəhər keçmişdə Azal adı ilə də tanınıb. Bunun səbəbi isə Samın ikinci nəsil nəvəsi olan Özalın adı ilə
bağlıdır. İncilin Yaradılış hissəsində də xatırlanan Özal qədim sebati dilində “yaxşı qorunmuş” mənasını da verir. Şəhərin yerləşdiyi yerə baxdıqda bu adın nə dərəcədə uyğun olduğunu anlamaq mümkündür. Çünki şəhər həqiqətən ətrafı sığınacaqlı və dağlarla əhatə olunmuş bir ərazidə yerləşir
Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən şəhər, bu baxımdan dünyanın ən yüksəklikdə olan şəhərlərindən biridir. Sığınacaqlı quruluşu və girişi çətin olduğu yer sayəsində bu qədim yer min illər boyu xarici təhlükələrə qarşı xilas olunmaqla öz quruluşunu qoruyub saxlaya bilib. Ancaq Ərəb Baharı adlanan proseslə başlayan və günümüzdə şiddətini zaman-zaman artıraraq davam edən fərqli ölkələrin də daxil olduğu müharibə, Yəmənin digər bölgələri kimi tarixi Səna şəhərinə də son dərəcə mənfi təsir göstərib. Ölkə daxilindəki fərqli qrupların qarşıdurması səbəbindən şəhər bu prosesdən ciddi şəkildə ziyan görüb. Şəhərin yüzillikli binaları bombardman nəticəsində dağıdılıb. Bu hücumlar nəticəsində qədim şəhər yerlə yeksan edilib. Təəssüf ki, dağıntıların təsiri bu gün də davam edir. Münaqişələrin sona çatmaması bu tarixi şəhərə böyük zərər verir. Tez-tez baş verən hücumlar tarixi əhəmiyyəti olan Sənanın xüsusiyyətlərini əks etdirən binaları məhv edir. Təxminən 3 milyon insanın yaşadığı şəhər indi müharibənin bir tərəfi olan H
Hutilərin nəzarətindədir

Dostlarınızla paylaşın

137 nəfər bəyənib.
Şərhlər: 1
  1. ice berg
    Belə gözəl şəhəri viranə qoymaq nə dərəcədə doğrudur bilmirəm.Bərpa işləri aparılsa yenidən gözəlliyinə qayıda bilər məncə.Məlumata görə təşəkkür

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.