ONLAYN: 21

Qonaq: 304 Cəmi: 327
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,3 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 2 saat 6 deq.
2) Adnur - 1 saat 2 deq.
3) nigaraxundova - 1 saat 1 deq.
4) ice - 1 saat
5) Nuray - 57 deq.
6) _Gйпеl_ - 54 deq.
7) Abbas - 43 deq.
8) XAMLİYON__GÖZƏL - 42 deq.
9) Gülüşüm💕 - 19 deq.
10) Karades_444 - 12 deq.
Həqiqi möminin sifətləri
İslam Dini Yüklə
Həqiqi möminin sifətləri
1. Möminlərin yardımına tələsmək.

Allah Təala buyurur ki, hər nə qədər möminlər bir şeyə ehtiyaclı olsalar, yenə də onları özündən üstün bil. Hər kim özünü dünya paxıllıq və hərisliyindən qoruyarsa, həqiqətən saleh əməl sahibi olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim qəribə qürbətində hörmət edər, ya da onun çətinliyini aradan qaldırar, ya ona yemək verər, ya su ilə doyuzdurar, ya üzünə gülərsə behişt onun üçündür”.

2. Başqalarına qarşı ədalətlidir.

Həqiqətən, Allah həmişə möminlərə ehsan və yaxşılıq etməyi əmr etmişdir. Həmçinin zülm etməkdən çəkindirmişdir. Uca Allah bizlərə qarşı mehriban olduğu üçün nəsihət verər və biz insanlar da gərək bu nəsihətlərə qulaq asaq. Allah buyurur ki, nə zaman insanların hakimi olsan, onların arasında ədalətli hökm çıxart.

Həzrət Peyğəmbər (s) buyurur: "Bir saat ədalət 70 il ibadətdən yaxşıdır”.

3. Əzi Peyğəmbərimizə (s) salavat göndərər.

Allah və mələkləri davamlı olaraq Peyğəmbərə (s) və onun pak nəslinə salavat göndərər. Ona görə də Allah buyurur ki, ey iman əhli, siz də Peyğəmbərə (s) salavat göndərin və onun əmrlərinə təslim olun.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bir dəfə mənə salavat göndərərsə, günahından bir zərrə qalmaz”.

"Hər kim mənə bir dəfə salavat göndərərsə, Allah afiyət qapısını onun üçün açar”.

4. Xəstələri ziyarət edər və dəfn mərasimində iştirak edər.

Allah buyurur ki, bu dünyada etdiyiniz hər bir yaxşı əməlin savabı Allah yanındadır.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim xəstəni ziyarət edərsə, Allah onu behiştə daxil edər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim din qardaşı ilə elə görüşər ki, onu sevindirər, Allah da Qiyamət günü onu sevindirər”.

5. Allahı zikr edər.

Allah buyurur ki, Məni yada salın ki, Mən də sizi yada salım.

6. Sədəqə verər və infaq edər.

Həzrət Peyğəmbər (s) buyurur: "Sədəqə hadisəni dəf edər”.

"Səqədə pis ölümü dəf edər”.

7. Yerində sükut edər.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim sükut edər, nicat tapar. Allah rəhmət etsin o kəsə ki, yaxşı danışar və bəhrələnər. Ya sükut edər və sağlam qalar. İnsanın rahatlığı dilinin gözəlliyindədir. Sükut edən peşman olmaz”.

8. Qəzəbini yatızdırar, mükayim olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala həyalı, mülayim və iffətli insanı sevər”.

9. Allaha hər bir halda şükür edər.

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman sizə nemət çatsa, onun ən ali mərtəbəsini şükür etməməklə əldən verməyin”. İnsan şükür edərək, nemətini saxlamış və artırmış olar.

Allah Təala bizlərə bu keyfiyyətləri nəsib etsin.

Dostlarınızla paylaşın

221 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.