ONLAYN: 27

Qonaq: 480 Cəmi: 510
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 534 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 4 saat 13 deq.
2) ice - 4 saat 8 deq.
3) heyatimin - 3 saat 52 deq.
4) beybala_beybala - 3 saat 18 deq.
5) Adnur - 2 saat 48 deq.
6) _Gйпеl_ - 2 saat 26 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 58 deq.
9) Xaliq - 1 saat 15 deq.
10) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
ƏHLİ-BEYT (Ə) KİMLƏRƏ DEYİLİR?
İslam Dini Yüklə
ƏHLİ-BEYT (Ə) KİMLƏRƏ DEYİLİR?
”Əhli-beyt” sözü lüğətdə “ev əhli” mənası verməsinə baxmayaraq, din terminində İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir.

Bu rəvayətlərdə yalnız Əli (ə), Fatimə (ə.s), Həsən (ə), Hüseyn (ə) və imam Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini nümunə olaraq əziz oxucuların nəzərinə çatdırırıq…

1– Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Əlinin (ə) oğlu Həsən (ə) o həzrətin yanına gəldi.

Peyğəmbər (s) onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə (s.ə), ondan sonra da Əli (ə) gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi…

“Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin.” (“Əhzab” surəsi, 33)

“Səhihi-Müslüm”, 4-cü cild, səh.1885, 2424-cü hədis;
“Təfsiri-Təbəri”, 12-ci cild, səh.6, 22-ci hissə.
“Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.159, 4707-ci hədis;
“Əs-sünənul-kubra”, 2-ci cild, səh.212, 2858-ci hədis.

2– Ömər ibni Səd ibni Əbi Vəqqas öz atasından nəql edir ki, vəhy nazil olan zaman Peyğəmbər, Əli (ə), Fatimə (s.ə) və onun iki oğlunu (Həsən və Hüseyni (ə)) əbasının altına çəkib dedi… “Pərvərdigara, bunlar mənim Əhli-beytimdir.”

“Səhihi-Müslüm”, 4-cü cild, səh.1871, 32-ci hədis;
“Müsnədi ibni Hənbəl”, 1-ci cild, səh.391 1608-ci hədis;
“Əs-sünənül-kubra”, 7-ci cild, səh.101, 13392-ci hədis;
“Sünəni Termezi”, 5-ci cild, səh.225, 2999-cu hədis;
“Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.163, 4719-cu hədis.

3– İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibni Xəttabdan belə nəql edir… Peyğəmbərin belə buyurduğunu eşitdim… Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm.

Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir… Mən-ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? – deyə soruşdum.

Həzrət buyurdu “Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır.”

“Kifayətül-əsər”, səh.91, “Təfsiri-burhan”, 1-ci cild, səh.9

4– İbni Abbas “Büruc” surəsinin birinci ayəsi barəsində deyir… Peyğəmbər (ə) buyurdu… “Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir.”

“Yənabiul-məvəddət”, 3-cü cild, səh.253, 59-cu hədis.

Dostlarınızla paylaşın

201 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.