reklam
İslamda sevgi İslamda sevgi https://loading.az/uploads/posts/2021-03/thumbs/1615630503_loading.az_manzara_227.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 13-03-2021, 15:00

İslamda sevgi

İslamda sevgi
Quran bütün insanlığa göndərildiyi üçün orada yaşam tərzinə aid, mənəviyyata aid, Allahın qayda-qanununa aid hər şey var. Quranı bütöv şəkildə gözdən keçirəndə bu mövzuları aydın seçmək mümkündür. Sevgiyə, dostluğa, qardaşlığa aid kifayayət qədər ayələr var. Məsələn, Sevgidən danışarkən ilk Allah sevgisinin vacibliyindən bəhs edilir, sonra valideynə olan sevgidən, insanların bir-birinə sevgisindən bəhs edilərək sevginin müxtəlif formalarından söz açılır.

Sevgi ilə əlaqəli ayələr.

Ali İmran 31. De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir”.

Hud 90. Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhm edəndir, sevəndir”.

Ənfal 63. Və onların ürəklərini birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.

Məryəm 96. Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq.

Şura 23. Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. De: “Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının artırarıq”. Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir.

Mümtəhinə 7. Allah düşmənçilik elədiyiniz kimsələrlə aranıza bəlkə sevgi saldı. Hər şeyə qadirdir Allah. Günahlardan keçəndir, Rəhimdir Allah.

Rum 21. Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır.


Yuxarıdakı ayələrdə həm Allaha sevgi, həm qohumlar arasında sevgi, həm dostlar arasında sevgi, həm də qarşı cinsə aid sevgidən bəhs edilir. Hətta düşmən olan şəxslər arasında da dostluq, sevgi, şəfqət yarana bilər.

Dostluq ilə əlaqəli ayələr.

Nisa 45. Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi Allah kifayət edər.

Tövbə 71. Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və rəsula itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 394 367 390 344 399

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.