ONLAYN: 27

Qonaq: 469 Cəmi: 499
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 533,8 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 3 saat 50 deq.
2) ice - 3 saat 42 deq.
3) heyatimin - 3 saat 25 deq.
4) beybala_beybala - 2 saat 56 deq.
5) _Gйпеl_ - 2 saat 21 deq.
6) Adnur - 2 saat 15 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 57 deq.
9) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
10) Karades_444 - 59 deq.
Və mən ancaq öz düşüncələrimin qurbanıyam...
Müxtəlif Yüklə
Və mən ancaq öz düşüncələrimin qurbanıyam...
Bir gecəmin boşluğundan yığılmış söz yığınıyam mən.Sanki yenə bu gecə səssizliyin mübarizəsiyləyəm yorğun dizlərim və susqun dilim, danışansa yalnız qələmim və pianonun həzin səsi. Dinləyənsə bir parça kağız və köhnə paltarlarım. Düşünürəm, düşünürəm ancağ hey düşünürəm amma nəyi ?! Zamanımı, əsrimi , yoxsa insanların yalanını və etibarsızlığınımı? Yoxsa həqiqətdən uzağ olan bəzi yalan sevgilərimi ? Budur mənə ilham verən. Budur qələmimi ahənglə tərpədən. Amma yox bu necə ilhamdır ?! İstəmirəm bu cür, istəmirəm belə ilhamı. Mənə ilham verən qoy payız olsun. Xəzəlin xışıltısı, quşların ötüşü olsun. Sevənlərin sevgisi olsun. Sevibdə sevilməyənlərin dərdi yox. Uzaqdan sevibdə görməyənlərin həsrəti yox. Nəysə, boş ver. Gecəmin səssizliyi üsyan edir otağıma. Qələmim və pianonun səsi isə mübarizədə. Birdə bom-boş düşüncələrim . Mübarizə aparır səssizliklə. Mənsə sanki tərəfsiz bir döyüşçü. Və budur artığ gecə yarı olub. Dan ulduzuysa pəncərədən alaqaranlığ otağıma şığıyır. Sanki seyr edir bu sükutla mübarizə aparanları. Qələbəni gözlüyür sanki o. bəs bu savaşın səbəbkarı kimlər və nələrdir? Bəlkə zaman bəlkə insanlar. Bəlkə də sevgidir. Hə, elə bu bəlkələrdir səbəblər. Zamanın amansızlığı İnsanların günahsızlığı Sevgininsə inamsızlığıdır. Və budur, döyüşün sonuna çox az qalıb. Qələmimsə ağlıyır hey mürəkkəb axıdaraq. Onun göz yaşları sanki həyata üsyankar olduğunu hərflərlə göstərir. Üsyankardırmı o, həqiqətən? Yox əlbəttdə yox sadəcə barışa bilmədiyi həqiqətdən uzaq gerçəklər onu həzin-həzin tərpədir. Vərəqlərsə onunla eyni düşüncədə və oxşar fikirdə. Budur artığ səhər açılır, dan yeri ağarır. Yorulmuş qələmimsə taqətdən düşüb. Pianonun səsiysə sanki həyatın nəbzini tutur eləbil heç təslim olmağ istəmir o. Və budur mübarizə bitdi taqətdən düşmüş qələmim savaşını kağızın üzərinə qoyub təslim olur. Hansı ki, o zamanı və bir neçə mətbəə kağızlarını israf etdi. Geriyə qalansa məndən bir neçə söz yığını oldu. Həyatın axışında bəzi şeyləri axtararkən çox şeyimi itirdim, Və mən ancağ öz düşüncələrimin qurbanıyam.Əzizlərim

Dostlarınızla paylaşın

132 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.