ONLAYN: 26

Qonaq: 470 Cəmi: 499
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 533,8 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 3 saat 53 deq.
2) ice - 3 saat 42 deq.
3) heyatimin - 3 saat 26 deq.
4) beybala_beybala - 2 saat 57 deq.
5) _Gйпеl_ - 2 saat 21 deq.
6) Adnur - 2 saat 15 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 57 deq.
9) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
10) Karades_444 - 59 deq.
Quranda dəstəmaz
İslam Dini Yüklə
Quranda dəstəmaz
Quranda Salat (Namaz) qılmazdan qabaq dəstəmaz almağımız vacib buyrulub. Quranda bu prosesin olduqca asan, hətta 20-30 saniyəlik olmasına baxmayaraq, dini bölənlər dəstəmazı da çətinləşdirməkdən yan keçməyiblər. Suya yaxınlaşarkən müəyyən duaların oxunması, burnu 3 dəfə yaxalamaq, ağıza su alıb yaxalamaq, bunları edərkən müəyyən sözlər demək, hamısını sünnət adı ilə əlavə ediblər. Hətta “dəstəmazı nələr pozar” adı altında qalaq-qalaq məqalələr yazmışlar, Qurandan başqa hər yerdən əsas gətiriblər. Görək Quranda dəstəmazı və təyəmmümü necə alırlar, qüslu necə alırlar, dəstəmazı nələr pozar?

Ey iman gətirənlər, Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. Yaş əlinizlə başınızı və hər iki oynağa qədər ayaqlarınızı məsh edin. Əgər cünub olmusunuzsa, qüsl edin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz.

Nisa 43. Ey iman gətirənlər, sərxoş ikən nə dediyinizi anlayana qədər və cunub olduğunuz zaman-yol ötən müsafirlər müstəsnadır-qüsl edənədək namaza yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş olduqda su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, ovuclarınızı üzünüzə və əllərinizə sürtün. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır.

Bu iki ayəni təhlil edərək Dəstəmaz almağı müəyyən edək.
1. Üzü yumaq
2. Dirsək də daxil olmaqla, dirsəkdən aşağı əlləri yumaq.
3. Başa məsh çəkmək (Yəni yaş əlimizi başımıza çəkmək).
4. Ayaqlara məsh çəkmək (Yəni yaş əlimizi ayaqlarımıza çəkmək).
5. Əgər dəstəmaz almağa su tapmasaq təmiz torpaqla təyəmmüm etməliyik. Əlimizi təmiz torpağa çəkərək ondan üzümüzə və əllərimizə sürtürük.
6. Əgər cunub (murdar) olarıqsa onda namaza yaxınlaşmaq olmaz. Bunun üçün qüsl almaq lazımdır. Qüsl bədənin yuyulub təmizlənməsi deməkdir (yəni çimmək).
7. Dəstəmazı 2 şey pozur.
1. Ayaqyoluna getmək (təbii ehtiyacını ödəmək).
2. Cinsi əlaqə.
8. Maidə 90-da sərxoşedici hər şeyin haram qılınmasına baxmayaraq kimsə sərxoş olarsa, Namaza yaxınlaşmamalıdır o vaxta qədər ki, nə dediyini anlasın. Sonra qüsl alıb namazını qıla bilər.
9. Cunub (murdar) olan adam da qüsl almamış namaz qıla bilməz (yolda olan müsafirlər istisna). Əgər qüsl almağa su tapmasa təmiz torpaqla təyəmmüm etməlidir.

Dostlarınızla paylaşın

179 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.