ONLAYN: 19

Qonaq: 618 Cəmi: 640
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 228,8 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 2 saat 39 deq.
2) Nuray - 55 deq.
3) ice - 43 deq.
4) Hökm - 42 deq.
5) Nigar - 40 deq.
6) XAMLİYON__GÖZƏL - 33 deq.
7) Gülüşüm💕 - 30 deq.
8) Abbas - 27 deq.
9) beybala_beybala - 26 deq.
10) Miracle - 23 deq.
Cənazə namazı
İslam Dini Yüklə
Cənazə namazı
Cənazə Namazı. Quranda “Cənazə namazı qılın” deyə bir ifadə yoxdur, lakin Tövbə 84-də işlənən “Tusalli” sözünü cənazə namazı kimi tərcümə ediblər. Yuxarıda da qeyd etdik ki, salat bütün hallarda “namaz qılmaq” kimi işlənmir. Tövbə 84 ayəsində Allah rəsuluna ölmüş müşriklər üçün dua etməməsini əmr edir.

Tövbə 84. Onlardan ölən heç bir kəs üçün heç vaxt dua etmə, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun rəsulunu dandılar və fasiq olaraq öldülər.
Bu ayəni cənazə namazı kimi tərcümə edənlər, nədənsə Tövbə 103 ayəsində “Salli” və “Salateke” kəlmələrini dua kimi tərcümə ediblər. Ayəyə baxaq:

Tövbə 103. Onların mallarından sədəqə al. Bununla onları təmizləmiş, pak etmiş olarsan. Onlardan ötrü dua et (salli aleyhim), çünki sənin duan (inne salateke) onlar üçün bir arxayınçılıqdır. Allah eşidəndir, biləndir.
Məntiqlə düşünəndə bu ayədə “onlardan ötrü namaz qıl” və “sənin namazın” kimi tərcümə düzgün deyil. Ona görə də məcbur qalıb burada düzgün tərcümə ediblər.

Quranda namazın 3 fiziki hərəkəti göstərilib: Qiyam, rükü, səcdə.
1. Qiyam (ayaq üstə)-Bəqərə 238, Şüəra 218, Saffat 165, Həcc 26.
2. Rükü (əyilmək)-Bəqərə 43, Maidə 55, Fəth 29, Həcc 26.
3. Səcdə (üzü üstə qapanmaq)-Həcc 26, 77, Fəth 29, Zümər 9, Hicr 98, İsra 107.
Namazı bitirdikdən sonra səcdələrin ardından da Allahı ucaltmaq lazımdır (Qaf 40).

15. Namazda nə demək lazımdır? Hədisçilərin əlində bayraq etdiyi əsas mövzu. Guya ancaq bunlar dediyi kimi qılanda düzgün olur. Halbuki Allah bunun da açıqlamasını vermişdir:

Ənkəbut 45. Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.

Müzəmmil 20. Elə isə Qurandan sizə asan gələni oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl bir borc verin.

Ayələrdən görürük ki, yuxarıda verilən 3 fiziki hərəkətdə Qurandan asanımıza gələni oxumaqla namazı qıla bilərik. Allah lazım olan bütün yolları göstərib.

16. Namazın əhatə etdikləri. Namaz yalnız Allah üçün qılınmalıdır, namazda ancaq Allah zikr edilməlidir.

Taha 14. Şübhəsiz, Allah Mənəm, Məndən başqa tanrı yoxdur. Mənə ibadət elə, Məni anmaq naminə də namaz qıl.

Ənam 162. De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür”.

Namaz möminin ömrü boyu edəcəyi ibadətdir: Məaric 23. O kəslər ki, daim namaz qılarlar.

17. Namazın qılınma dili. Əsas məsələ Namazın qılınma dilidir. Hədisçilər elə aura yaradıblar ki, sanki Namaz ancaq ərəbcə qılına bilər. Təbii ki, Quranda belə ifadə yoxdur. Orjinal dildə qılınması əladır əlbəttə. Ona görə namazda deyilən ayələrin anlamını bilmək vacibdir. Amma kimsə öz ana dilində namaz qılmaq istəsə ona kimsə qadağa qoya bilməz din adına. Çünki, bütün dillər Allaha məxsusdur. Rum 22. Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır.

Dostlarınızla paylaşın

132 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.