ONLAYN: 20

Qonaq: 382 Cəmi: 405
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Nigar - 3 saat 7 deq.
2) Hökm - 1 saat 20 deq.
3) ice - 1 saat 20 deq.
4) Nuray - 1 saat 18 deq.
5) XAMLİYON__GÖZƏL - 43 deq.
6) Adnur - 43 deq.
7) ÊLfid - 42 deq.
8) Abbas - 41 deq.
9) Gülüşüm💕 - 32 deq.
10) amon - 25 deq.
Keşniş (Lat.Coriandrum satvium) haqqında
Maraqlı Yüklə
Keşniş (Lat.Coriandrum satvium) haqqında
Keşniş (Lat.Coriandrum satvium) haqqında
Keşniş kərəvizkimilər fəsiləsinə aid olan bitki növlərindəndir. Keşnişin bir çox növləri var. Azərbaycan mətbəxində isə əsasən əkin keşnişindən istifadə edilir. Əkin keşnişi birillik ot bitkisi olub nazik saplaqlara və kərəviz yarpaqlarına bənzəyən yarpaqlara sahib olur. Onun yetişmə dövrü sona çatana yaxın çiçək açır və çiçəkləri toxumlayır. Keşnişin toxumları ağ və açıq çəhrayı rənglərdə olur.

Keşnişin xüsusi qoxusu onun mətbəxlərdən əskik olmamasına səbəb olur. Keşnişin yarpaqlarından və toxumlarından geniş istifadə edilir. Onun toxumları kulinariyada əvəzolunmaz ədviyyatlardan hesab edilir. Ondan yeməkləri, salatları dadlandırmaq məqsədilə geniş istifadə edilir. Keşniş yeməklərin yanında ən çox yeyilən göyərtilərdəndir. Keşnişin hündürlüyü onun becərilməsindən asılı olaraq 40-70 santimetrə qədər qalxa bilir. Bu qədər böyümüş keşnişin isə yanlız toxumlarından istifadə edilir. Keşnişin vətəni Aralıq dənizi ölkələri hesab edilir. İndi bir çox ölkələrdə onun becəriulməsi ilə məşğul olurlar. Azərbaycanın da iqlimi keşnişin becərilməsi üçün faydalı hesab edildiyindən demək olar ki, əksər həyətyanı sahələrdə onun becərilməsi ilə məşğul olurlar.

Keşnişdə 1% efir yağı, 10% yağ turşuları, 16%-ə qədər zülal maddələri var. Keşnişin tərkibində olan efir yağı onun xüsusi qoxuya malik olmasına səbəb olur. Keşnişin tərkibindəki efir yağları ətrafa antiseptik təsir göstərir. Buna səbəb isə onun yarpaqlarının tərkibində pektin, alkoloid, nişasta, zülallar, keşnişə xas olan steroid birləşmələr, sterin, askorbin turşusu, təbii turşular, şəkər(saxaroza, fruktoza, qlükoza), rutin, polifenol maddələr və s. olmasıdır. Onun tərkibinin 60%-ni linalol təşkil edir. Keşnişin tərkibində olan linaloolun miqdarı isə onun yetişdirildiyi hava şəraitindən asılı olaraq arta və azala bilir. Bu maddənin miqdarı əsasən günəş işığı düşməyən bölgələrdə ( Sibir və s.) yetişdirilən zaman aşağı olur. Keşniş toxumundan iştahaçıcı və həzm prosesini normallaşdırmaq məqsədilə istifadə edilir. Qədim zamanlarda onun toxumlarının ölümsüzlüyə səbəb olması barədə inanclar mövcud olub. Keşniş ödqovucu xüsusiyyətə malikdir. Onun toxumlarının bəlğəmgətirici, babasil əleyhinə, yarasağaldıcı təsirləri vardır.

Babasil əleyhinə və ödqovucu məqsədlə keşniş toxumu, solmazçiçək və nanə tərkibli çayın içilməsi xəstəliyin əlamətlərini aradan qaldırır. Qədim Misirdə keşnişin faydalarından çox istifadə olunub. Bunu orada arxeoloji qazıntılar aparan arxeloqlar söyləyir.
Keşniş toxumlarından kosmetologiya və parfümeriya sahəsində də geniş istifadə olunur. Onun ətri bənövşə, qızılgül, berqamot, zambaq, limon kimi bitkilərin ətri ilə eyni sırada tutulur. Keşnişdən alınan efir yağlarından sabunların hazırlanması və tekstil sənayesində istifadə edilir.

Tibbdə istifadəsi
Tibbdə keşnişdən həzmi normallşdırıcı və ödqovucu məqsədlə istifadə edilir. Onun toxumundan qastritlər, onikibarmaq , bağırsaq xəsrəlikləri zamanı antiseptik və ağrıkəsici kimi istifadə edilir.
Keşniş toxumundan alınan efir yağı - linalool yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı damcı şəklində istifadə edilir. Keşnişin efir yağlarından(aldehid sitral) müxtəlif göz xəstəliklərində( konyuktvitdə, qlaukomada) istifadə edilir.

Keşnişin zərərləri
Elmdə keşnişin zərərləri barədə heç bir məlumat yoxdur.
Yanlız keşnişin tərkibində olanlara qarşı allergiyası olan adamlar onu yeyərkən diqqətli olmalıdırlar.

Dostlarınızla paylaşın

128 nəfər bəyənib.
Şərhlər: 3
  1. Bumerang
    Xəbər taniş gəlir😜Oxumusam məlumatim vardi;)Əllərinə sağlıq
    1. Gülüşüm💕
      Nərden acaba😂😂🤣🤣🤣
      1. Bumerang
        Ordan acabaa🤪🤪

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.