ONLAYN: 25

Qonaq: 495 Cəmi: 523
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,3 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,2 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Deniz - 26 deq.
2) Abbas - 24 deq.
3) beybala_beybala - 18 deq.
4) Miracle - 2 deq.
5) _Gйпеl_ - 1 deq.
6) amon - 1 deq.
Yuxusuzluğun çarələri
Məsləhətlər Yüklə
Yuxusuzluğun çarələri
Yuxu, gündəlik həyatımıza təsir edən ən böyük amillərdən biridir. Gün ərzində yüksək enerjimizə, xoşbəxtliyimizə və motivasiyamıza gedən yol nizamlı yuxudan keçir. Ancaq insanların çoxu gecə nə etdiklərinə baxmayaraq yata bilmirlər. Üstəlik, hər şey normal olduqda, yorğun və yuxusuz olsa da, yata bilməyənlər var.
Bəzən həqiqətən çox vacib olan şeylər haqqında düşünür, bəzən isə olduqca gülünc, mənasız nələrsə haqqında saatlarca düşünürük və bu bizim yuxusuz qalmağımız səbəb olur. Düşüncələri dayandıra bilmir, yuxulu olsaq da yata bilmirik. Belə problemləri olan şəxslər üçün edilməsi olan 9 qızıl qayda:

1)Görüləsi işlərin siyahısını hazırlamaq.

Narahatlıqlar insanı tez-tez yuxusuz qoyan əsas amillərdən biridir. Qeyri-müəyyənlik istər-istəməz beynimizinin müəyyən hissəsini zəbt edir. Bu vəziyyətdən çıxmaq üçün sizi narahat edən məsələlərin vaxtını planlaşdıra bilərsiniz. Araşdırmalara görə, bu siyahılar nə qədər təfərrüatlı və dəqiq hazırlanarsa, yuxuya getmə vaxtı bir o qədər də qısa olar. Bunun səbəbi bizi narahat edən məsələləri bir plana salmaqla daha yaxşı hiss edə biləcəyimizdir. Qeyri-müəyyənliyi azaltmaq və gələcək planlar quraraq müəyyən qərarlar vermək daha tez bir zamanda yuxuya getməkdə sizə köməklik edəcəkdir. Bunu yatmazdan əvvəl və ya gecə yarısı yuxu tutmadığı zaman edə bilərsiniz.

2)Yataqdan qalxmaq.


Davamlı olaraq yerinizdə dönürsüzsə (fırlanırsınızsa) və yuxuya gedə bilmirsinizsə və bu hal yarım saatdan çox davam edirsə, edəcəyiniz ən böyük səhvlərdən biri yataqda qalmaqdır. Çünki yataqda qaldığınız müddətdə yata bilməyəcəyinizin fərqində olacaqsınız və bununla əlaqədar narahat olmağınıza başlayacaqsınız. Bu vəziyyətdə ən yaxşı seçim yataqdan qalxmaq və həqiqətən yorğun hiss etməyincə yatağa dönməmək olacaqdır. Bu müddət ərzində evdəki kiçik işlərin öhdəsindən gələ bilər və beyninizi başqa şeylərlə məşğul edə bilərsiniz.

3)Kitab oxumaq.


Bu çox klassik bir metoddur. Ən əsası oxuduğunuz kitabda sizi həyəcanlandıran bir  hissənin olub-olmamasına diqqət yetirin. Buna görə daha çox elmi məqalələr, məlumat verici və ya maraq dairənizdən kənarda olan kitabları oxumağa üstünlük verin. Qısa bir müddətdən sonra əsnəməyə başlayacaqsınız. Yatağınızda oxumaq işə yaramırsa, başqa yerdə oxumağa çalışın.  Bu yatmaq və yatağa dönmək istəyinizi artırmaqda sizə köməklik edəcəkdir.

4)Podkast (Podcast) dinləmək.

Podkastlar və ya audio kitablar sizə yatmaq lazım olduğu hissini unutdura bilər və sizi tamamilə fərqli düşüncələrə sövq edə bilər.  Maraq dairənizdən fərqli mövzular seçməyə çalışın və bu mövzuların daha sakit tempdə davam etməsinə diqqət yetirin.

5) Rahatladıcı musiqilər dinləmək.

Əlbəttə ki, sevdiyiniz pleylistdən danışmırıq. Sevdiyiniz və dinləməkdən zövq aldığınız mahnıların əvəzinə sakitləşdirici təbiət səslərini və ya musiqi alətlərinin səslərini dinləyə bilərsiniz.

6) Nəfəs alıb verməyinizə fokuslanmaq.

Yuxuya getməyin başqa bir yolu bütün diqqətinizi nəfəsinizə verməkdir. Müxtəlif tənəffüs məşqləri tətbiq edərək zehninizi təmizləyə və daha rahat yuxuya gedə bilərsiniz.

7) Meditasiya etmək.
Meditasiya düşüncələrinizin başqa bir yerə cəmləşdirməyin başqa bir yoludur. Zehninizi müxtəlif meditasiya videoları və proqramlarının köməyi ilə təmizləyə bilərsiniz.

8)Az karbohidratlı qidalar yemək.

Yuxudan əvvəl ağır və şirin qidalar yemək həzm sisteminizi ləngidər və yatmağı çətinləşdirər. Buna görə yatmadan əvvəl az karbohidratlı qidalar istehlak edə bilərsiniz. Məsələn, az miqdarda popkorn və ya dənli kraker və ya peçenye.

9) Yatmağınıza kömək edəcək mobil proqramlar yükləmək.

Ağıllı telefonlar, planşetlər və kompüterlər təəssüf ki, yaydığı mavi işıq səbəbindən rahat bir yuxunun qarşısını alan səbəblər arasındadır. Bu səbəblə, yatmadan ən azı yarım saat əvvəl elektron cihazlardan uzaqlaşmağınız tövsiyə olunur. Ancaq, yuxunuza bir həll tapa bilmirsinizsə, yatmanıza kömək edən mobil tətbiqetmələrdən istifadə edə bilərsiniz.

Dostlarınızla paylaşın

139 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.