ONLAYN: 13

Qonaq: 319 Cəmi: 335
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 534 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) XAMLİYON__GÖZƏL - 2 saat 43 deq.
2) _Gйпеl_ - 1 saat 13 deq.
3) Adnur - 1 saat 4 deq.
4) beybala_beybala - 43 deq.
5) nigaraxundova - 38 deq.
6) Abbas - 31 deq.
7) heyatimin - 29 deq.
8) Th30 - 16 deq.
9) Deniz - 11 deq.
10) Elnare - 10 deq.
Səthi və dayaz düşünən insanlar
Maraqlı Yüklə
Səthi və dayaz düşünən insanlar
Halbuki Allah bir çox gözəlliyi dərin düşüncənin içində gizlətmişdir. Çox dərin düşünən insanların dünya həyatından aldıqları həzz, bu vasitə ilə əldə etdikləri nemətlər və yaşadıqları komfort, düşünməklə özlərini yormadan və səthi ağılla yaşayan insanların həyatlarından çox fərqlidir.

Düşünməmək bəzi insanlara rahatlıq və mövcud çətinlikdən qurtuluş kimi gələ bilər. Bu cür insanlar nə qədər az düşünsələr, o qədər az yorulacaqlarına, başlarını o qədər az ağrıdacaqlarına və daha rahat yaşayacaqlarına inanırlar.

Halbuki düşünmək, ağıldan istifadə etmək insanı rahatlaşdırır. Bunlar yorğunluq vermir, əksinə insana enerji verir, hərəkətləndirir, daha aktiv olmasına və canlanmasına səbəb olur.

Amma bəzi insanlar bu əhəmiyyətli həqiqətdən xəbərsizdirlər. Adətən bir sıxıntı və ya çətinliklə qarşılaşdıqları zaman başqalarının onların əvəzinə düşünüb tədbir almalarını və problemlərini onların həll etməsini istəyirlər. Ya da əvvəlcədən əzbərlədikləri vasitələri tətbiq edərək düşünməkdən qaçmağa çalışırlar.

Düşünməklə vaxt itirəcəklərinin qənaətində olan bu insanlar bu vaxtdan dünya nemətlərindən istifadə edərək yaşamağa çalışırlar. Halbuki dünya həyatının nemətlərindən ən mükəmməl şəkildə istifadə etmək ancaq düşünməklə mümkündür.Allah dünya hayatındakı hər cür gözəlliyi insanların istifadə etməsi üçün yaratmışdır. Ancaq O, kimin hansı nemətdən nə qədər zövq alacağını insanların imanlarına və nə qədər dərin düşünəcəklərinə bağlı şəkildə yaratmışdır. Bu əhəmiyyətli həqiqət dünyadakı bütün maddi və mənəvi nemətlər üçün etibarlıdır.
Tamamilə eyni nemətlərə sahib olan iki nəfərin bu nemətlərdən aldıqları zövqlər də fərqlidir. Məsələn, bir insan avtomobilini onu sadəcə bir yerdən başqa yerə aparan, ətrafındakı insanlara nümayiş etməsinə səbəb olan, ya da sərmayə vasitəsi kimi görər. Eyni şərtlərə sahib olan bir insan isə avtomobilinin ona verdiyi komfortu bir-bir düşünərək onların hər birinin varlığına görə Allah’a şükür edər. Allah bu imkanları yaratmasaydı, çəkəcəyi sıxıntıları, yaranacaq gecikmələri düşünərək Allah’ın bu lütfünün sevincini yaşayar.

Bunun kimi, başqa bir insan da evinin bir-birindən gözəl çiçəklərlə bəzədilmiş bağçasını sadəcə zənginliyin gətirdiyi bir komfort, ya da səs-küydən uzaqda oturub dincələcəyi sakit bir yer kimi dəyərləndirər. Eyni bağçaya sahib olan başqa insan isə bu bağçanın hər hissəsinə baxmaqdan, hər bir çiçəyi qoxulamaqdan, yeni tumurcuqlanan hər bir çiçəyi ayrı-ayrı seyr etməkdən, hər gün daha da gözəlləşmələrini, böyümələrini görməkdən dərin zövq alar. Hər birinin, hətta hər yarpağın, hər budağın belə varlığı onun üçün böyük bir həyəcan vasitəsi olar. Bu çiçəklərə, ağaclara, ya da onların üzərlərində yaşayan canlılara baxdıqca, Allah’ın sonsuz qüdrətini, elmini və hakimiyyətini çox yaxşı qavrayaraq hörmətlə Allah’a boyun əyər. Bu nemətlərin hər birini ona lütf edənin Rəbbimiz olduğunu bilmənin sevinci və həyəcanı bütün ruhunu bürüyər. Allah’ın bu möhtəşəm təcəllilərini görüb, Allah’ın sonsuz və qüsursuz yaratmasının nə qədər fövqəladə və bənzərsiz olduğunu düşünməyin verdiyi səmimi heyranlığı bütün mənliyini bürüyər.

Ağlından istifadə edən və düşünərək bütün detalları görən insanın bu cür bağça ilə qarşılaşanda ruhunda yaranan təsir də, qavrayışına əsasən daha ətraflı və dərindir. Bağçasını sadəcə sakit istirahət məkanı kimi görən və düşünərək özünü yormaq istəməyən bir insanın bağçadan bu qədər çox zövq alına biləcəyindən heç xəbəri də yoxdur. Onun bu nemətdən aldığı həzz çox səthi, boş və dayazdır.

Dostlarınızla paylaşın

129 nəfər bəyənib.
Şərhlər: 1
  1. ice berg
    Əslində hamının boş,mənasız dedikləri bir şeyədə insan uzun-uzun baxırsa buda dərin düşüncənin əlamətləridir.
    Məlumat maraqlı idi təşəkkür.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.