ONLAYN: 26

Qonaq: 472 Cəmi: 501
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 533,9 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 4 saat 9 deq.
2) heyatimin - 3 saat 46 deq.
3) ice - 3 saat 46 deq.
4) beybala_beybala - 3 saat 18 deq.
5) Adnur - 2 saat 43 deq.
6) _Gйпеl_ - 2 saat 21 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 58 deq.
9) Xaliq - 1 saat 10 deq.
10) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
Hər gün və hər saat fərqli xarakter göstərən biri ilə dost olmağı istəyərdiniz?
Maraqlı Yüklə
Hər gün və hər saat fərqli xarakter göstərən biri ilə dost olmağı istəyərdiniz?
İnsanların xarakterlərinin sağlam olmamasından qaynaqlanan xarakter dəyişməsi var. Lakin bu dəyişikliklər zamanı davamlı yaxşıya doğru irəliləyiş olmaz. Diqqəti cəlb edən tək xüsusiyyət, sadəcə, insanın dəyişkən xarakterdə olmasıdır.

İnsanın həyatda yaşaya biləcəyi bütün hadisələr bu insanların xarakterlərinin dəyişməsinə səbəb ola bilər. Bir gün havanın yağışlı, qaranlıq, qarlı, çiskin, ya da günəşli olması, bir gün yuxusuzluq, ya da istədiyi yeməyi yeməməsi, bir gün baxdığı film o insanın həmin gün xarakterinin dəyişməsinə səbəb ola bilər. Eyni şəkildə, o gün iş yerlərində yaşadıqları bir hadisə və ya tərslik olaraq fikirləşdikləri bir vəziyyət tamamilə fərqli xarakter göstərmələrinə səbəb ola bilər. Hər hansısa bir səbəbdən anidən sevinə və üzülə bilər, günlərlə, həftələrlə duyğularının təsirində qala bilərlər.

Xarakterlərinin nəyə görə və nə zaman dəyişəcəyi barədə fikir bildirmək olmaz. İllərlə o insanı tanıyan biri onunla qarşılaşdığı zaman tanıdığı insanı görəcəyini düşünərkən, haradasa, heç tanımadığı yeni bir insanla qarşılaşmış kimi olar. Həmişə zarafatları xoş qarşılayan və gülən bu insan bir gün bu zarafatlardan inciyər, tərs qarşılıq verə bilər. Ya da həmişə ondan kömək istəyəndə fədakarlıqla kömək edən bu insan bir gün bu tələbə narazı və istəksiz şəkildə qarşılıq verə bilər. Həmişə çox sürətli, çalışqan və məsuliyyətli olduğu halda bir gün laqeyid, məsuliyyətsiz ola bilər. Qısası bir günü bir gününə, bir saatı bir saatına uymaz. Bu dəyişiklikləri əvvəlcədən təxmin etmək mümkün olmadığı üçün bu insanlarla dost olan insanlar davamlı olaraq fərqli xarakterlərlə qarşılaşarlar.

Bu insanların göstərdikləri bu dəyişkən xarakter ətrafdakıları narahat edir. Çünki insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri xarakterinin sağlam olmasıdır. Bu da insanın imanından qaynaqlanır. Sağlam xarakterli insan şərtlərdən asılı olmayaraq, çətinliklər və ya nemətlər qarşısında fərqli xarakter göstərməz. Bu insanlar sədaqətlidirlərsə, hər zaman sədaqətli olurlar. Fədakardırlarsa, hər zaman fədakar olurlar. Güvənilən kəslərdirlərsə, həmişə elədirlər. Nə hava, nə fəsil, nə əldə etdikləri nailiyyətlər, nə yaşadıqları çətinliklər bu insanların ruh hallarına təsir etmir. Çünki möminlər xarakterlərini Qurana uyğun formalaşdırırlar. Hər an Quran əxlaqını ən mükəmməl şəkildə yaşamağı hədəflədikləri üçün bu əxlaqlarını dəyişdirmirlər.

İnsanlar bu mövzuda bunu əsas götürməlidirlər: özləri xarakterləri davamlı dəyişkən, hər gün, hər saat fərqli münasibət göstərən bir insanla dost olmaq istəyərdilərmi? Əlbəttə heç kim bu cür biriylə yoldaşlıq etmək istəməz. Hər insan qarşısında inana biləcəyi, tanıdığına əmin olduğu, nə vaxt nə edəcəyini, nəyə nə cür reaksiya verəcəyini bildiyi bir insan olmasını istəyər.

Buna görə də hər insan bunu hədəfləyərək, öz xarakterini də bu cür formalaşdırmalı və hamının inandığı bir insan olmağı hədəfləməlidir.

Möminlər cahil insanlarda müşahidə olunan bu tərz dəyişik xarakterdə olmağı heç bir şəkildə qəbul etməməlidirlər. İman edən insan əgər yaxşı, çalışqan, təmkinli bir insandırsa hər zaman bu cür olmalıdır. Zaman keçdikcə, öz üzərində işləyərək daha yaxşı hala gəlməyi hədəfləməlidir.

Allahın rizasına uyğun olan əxlaq da budur. Allah Quranda əbədi qalan yaxşı əməllərin Allah qatında məqbul sayıldığını bu cür bildirmişdir:

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)

Dostlarınızla paylaşın

129 nəfər bəyənib.
Şərhlər: 3
  1. ÊLfidÂ
    "Çoklu kişilik bozukluğu" deyirlər türklər. Psixoloji problemdi. Kinolarda çəkilib bu haqda. Hətta indi belə birinin yer aldığı hekayə oxuyuram. Maraqlı bişeydi əslində. Ama özüm dost olmaq isdəyərəmmi bilmirəm. Çox çətin anlaşıla biləcək insanlardı. Allah köməkləri olsun. Nə demək olar
    1. ice berg
      Hekayənin adı nədirki?(Mən gör nədə ilişib qalmışam:D)
      1. ÊLfidÂ
        Yazıram şəxsidə :D

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.