ONLAYN: 25

Qonaq: 496 Cəmi: 524
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,3 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,2 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Abbas - 33 deq.
2) Deniz - 26 deq.
3) beybala_beybala - 18 deq.
4) _Gйпеl_ - 7 deq.
5) Miracle - 2 deq.
6) amon - 1 deq.
7) Elnare - 1 deq.
Möminin sevgisi
Sevgi Yüklə
Möminin sevgisi
Möminin gözəl xüsusiyyətlərindən biri də sevgini və sevməyi çox yaxşı bilməsidir. Mömin dostluqda, vəfada, sədaqətdə, şəfqət və mərhəmətdə, bağışlamada, könül almaqda ən üstün əxlaqa sahibdir. Mömin sevgisində çox fədakardır. Heç vaxt öz nəfsini sevdiyi insanın nəfsindən üstün tutmaz. Öz rahatlığı, öz mənfəətləri üçün sevdiyi insanı pis vəziyyətdə qoymaz. Özü haqlı çıxsın deyə, sevdiyini haqsız çıxarmağa çalışmaz. Əksinə, sevdiyi tamamilə haqsız olsa belə, haqsızlığı öz boynuna götürər. Səhvi, qüsuru öz boynuna götürər, ancaq yenə də sevdiyini haqlı çıxarar. Bütün bunları edərkən, yeganə məqsədi Allah’ın rızasını qazanmaqdan ibarət olar. Çünki möminin sevgisi Allah sevgisinə əsaslanır. Sədaqəti də Allah’a olan sədaqətindən qaynaqlanır. Sevdiyinə olan bağlılığın qaynağı sadəcə budur.

Məsələn, Peyğəmbərimizin (s.ə.v) zamanında yaşayan bir səhabə heç vaxt Allah’ın Rəsuluna qarşı öz haqlılığını iddia etməz. Kiçik bir məsələdə haqlı çıxmaq və ya özünü müdafiə etmək üçün heç vaxt Peyğəmbərimizə (s.ə.v) qarşı bu cür əxlaq göstərməz. Bu, həqiqi sevgidir. Səmimi imana əsaslanan sevgidir. Möminlərin nümunə götürdüyü sevgi anlayışı da eynilə şəkildə olmalıdır.

Ancaq bu əxlaqın sadəcə ciddi məsələlərdə və ya böyük, həyati hadisələrdə tətbiq edilməli olduğunu düşünmək səhv olar. İnsan gündəlik həyatda da bu əxlaqın yaşanacağı bir çox hadisə ilə qarşılaşar. Gündəlik söhbətlərdə, hər hansısa hadisədə, insan və ya əşya haqqında bir fikir irəli sürəndə insanın qarşısına bu əxlaqın tətbiq edilməsi mümkün olan imkanlar çıxar. Hər fürsətdə qarşı tərəfin qəlbini alan sözlər söyləmək, tərifləmək həqiqi sevginin tələbidir. Özü 100% haqlı olsa belə, Allah rizası üçün özündən əvvəl qarşı tərəfi haqlı çıxarmağı, xoşbəxt etməyi hədəfləməsi, onun fikirlərini, düşüncələrini dəstəkləməsi çox gözəl bir əxlaq nümayişidir.


Belə bir insan Allah rizası üçün öz nəfsindən keçmişdir. Allah’ın rizasını öz nəfsindən üstün tutan insan isə çox güvənlidir. Bu insan sadəcə yaxşı günün dostu deyil. Allah’ın yaradacağı hər cür maddi-mənəvi imtahan şəraitində də bu insan həqiqi dost vəsfini mühafizə edər. Çünki gündəlik həyatda göstərdiyi bu əxlaq insanın çətin bir vəziyyətlə qarşılaşdığı zamanda da, sıxıntılı anlarda da sadiq və vəfalı olacağını göstərir.

Bu həqiqəti bilmək, bu cür insanın çox sevilməsinə səbəb olar. Belə insan həqiqi sevgi insanıdır. Göstərdiyi üstün əxlaq, Allah’ın izni ilə, ətrafındakı bütün insanlara onunla dərin dostluq qurmağın, ona güvənməyin və ona səmimi sevgi yönəltməyin yolunu sonuna qədər açır.

Dostlarınızla paylaşın

229 nəfər bəyənib.
Şərhlər: 1
  1. ÊLfidÂ
    Hə bu əsl möminlərə aiddi) Mən Müsəlmanam deyib hər ortada gəzənə ail deyil. Təşəkkürlər maraqlı xəbər üçün

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.