ONLAYN: 25

Qonaq: 464 Cəmi: 492
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 533,8 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 3 saat 53 deq.
2) ice - 3 saat 42 deq.
3) heyatimin - 3 saat 26 deq.
4) beybala_beybala - 2 saat 57 deq.
5) _Gйпеl_ - 2 saat 21 deq.
6) Adnur - 2 saat 15 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 57 deq.
9) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
10) Karades_444 - 59 deq.
Orqanizmimizdəki cihazlar
Maraqlı Yüklə
Orqanizmimizdəki cihazlar
Allah insanı müəyyən nizamla yaratmışdır. İnsan təbiətdəki ən mükəmməl, ən mürəkkəb və qeyri-adi sistemlərə malik canlılardan biridir.

İnsan orqanizmi təxminən 60-70 kiloluq ət və sümük yığınıdır. Məlumdur ki, ət təbiətdəki ən davamsız məmulatlardan biridir. Açıq havada qaldıqda bir neçə saata xarab olur, bir-iki günə qurdlanır və dözülməz qoxu yayır. Bu çürük məmulat insan orqanizminin böyük hissəsini təşkil edir. Lakin onu qidalandıran qan dövranı və xarici aləmdəki bakteriyalardan qoruyan dəri sayəsində 70-80 il boyu xarab olmadan, çürümədən qalır.

Orqanizmimizin funksiyaları heyrətamizdir. Məsələn, beş duyğu orqanımız ayrı-ayrılıqda hər biri bir möcüzədir. İnsan xarici aləmi bu yolla tanıyır, bu duyğu orqanlarının birgə işi nəticəsində rahat yaşayır. Görmə, qoxulama, toxunma, eşitmə, dad bilmə duyğularını tədqiq etdikdə qarşımıza çıxan detallar, qüsursuz formalar bir Yaradanın varlığını sübut edən dəlillər kimi qarşımıza çıxır.

İnsan orqanizmindəki möcüzələr sadəcə beş duyğu orqanı ilə məhdudlaşmır. Həyatı bizim üçün asanlaşdıran bütün orqanların hər biri bir möcüzədir. Hamısı ehtiyacımızı qarşılayan funksiyalara malikdir. Əlsiz yaradılsaydıq, nə qədər çətin yaşayardıq? Ayaqlarımız olmasaydı, bədənimiz dəri ilə deyil, tikan, pulcuq və ya qabıqla örtülü olsaydı, nələr baş verərdi?

Bu sadalananlarla bərabər, insan orqanizmindəki tənəffüs, qidalanma, çoxalma, immun sistemi kimi mürəkkəb sistemlər və orqanizmimizin estetikliyi də ayrı-ayrı möcüzələrdir.Göründüyü kimi, insan orqanizmində çoxlu sayda həssas tarazlıq var. Bir-birləri ilə əlaqədar işləyən sistemlərin orqanizmdəki digər sistemlərlə olan qüsursuz əlaqəsi sayəsində insan həyati funksiyalarını heç bir çatışmazlıq olmadan həyata keçirir.

Bütüm bunları heç bir xüsusi səy göstərmədən, çətinliklə qarşılaşmadan edir. Hətta bütün bunlar baş verərkən çox vaxt insanın bunlardan xəbəri olmur. Mədəsindəki həzm prosesinin nə vaxt başlayıb nə vaxt bitdiyini, ürək döyüntüsündən qanın lazımi yerlərə ən lazımlı maddələri daşımasından, görmə, eşitmə prosesinə qədər çox şeydən insanın xəbəri olmur.

İnsan orqanizmində qüsursuz sistem qurulmuşdur və mükəmməl işləyir. Bu göydən yerə qədər hər işi idarə edib yoluna qoyan Allah`ın yaratmasıdır. Allah kainatdakı hər şeyi, hər detalı, bütün canlıları lazımi xüsusiyyətlərlə birlikdə yaratmışdır. İnsan orqanizmi də hərtərəfli tədqiq olunduqda qarşımıza çıxan qüsursuzluq Allah`ın yaratma sənətindəki bənzərsizliyin və mükəmməlliyin dəlilidir.

Allah kainatdakı qüsursuzluğa “Mülk” surəsində belə diqqət çəkir:

... Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)

İnsan orqanizmindəki saysız-hesabsız həssas tarazlıqlardan bir neçəsi bunlardır:

Beş duyğu orqanı məhz insanın ehtiyacına uyğun nizamlanmışdır. Məsələn, qulaq ancaq müəyyən aralıqdakı səs titrəyişlərini eşidir. Daha geniş aralıqdakı səsləri eşitmək üstünlük hesab edilə bilər. Bu eşitmə sinirləri müəyyən məqsədə əsasən tənzimlənmişdir. Əgər çox həssas qulağımız olsaydı, ürəyimizin döyüntülərini, yerdəki mikroskopik həşəratların xışıltısını və bir çox başqa səsləri eşidərdik. Bu da bizə çox narahatlıq verərdi.

Eyni həssas ölçü toxunma hissinə də aiddir. İnsan dərisinin altında yerləşən toxunuşa həssas sinirlər ən mükəmməl şəkildə tənzimlənmiş və bədənimizə yayılmışdır. Ən çox sinir ucu barmaq uclarında, dodaqlarda və cinsiyyət orqanlarındadır. Daha əhəmiyyətsiz hissələrdə, məsələn, kürəkdə çox az sinir ucu var. Bu insana böyük üstünlük verir. Əksini düşünək: barmaq uclarının çox hissiyyatsız olduğunu, bütün sinir uclarının kürəkdə toplandığını təsəvvür edək. Şübhəsiz, bu, çox narahatlıq verərdi. Əlimizdən yaxşı istifadə edə bilməzdik, kürəyimizə toxunan ən kiçik maddəni belə, məsələn paltarlarımızın qırışlarını hiss edərdik.

Orqanizmimizin başqa hissələrinin də əmələ gəlməsi həssas müvazinətə nümunədir. Məsələn, saç və kirpiklər. Hər ikisi tükdür, lakin bərabər uzanmırlar.

Dostlarınızla paylaşın

160 nəfər bəyənib.
Şərhlər: 1
  1. Bumerang
    Oxudum məlumatim yox idi.Maraqli məlumat üçün təşəkkürlər

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.