KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 9-03-2021, 15:00

Qiyamət günü inkar edənlərin vəziyyəti necə olacaq?

Qiyamət günü inkar edənlərin vəziyyəti necə olacaq?
Qiyamət günü insan üçün ən dəhşətli, qorxulu gündür. O gün inkarçılar onlara vəd edildiyi halda, heç düşünmədikləri həqiqəti açıq-aşkar görəcəklər. Lakin artıq insanların dünyada etdikləri səhvləri düzəltmək üçün geriyə dönüş imkanları olmayacaq. O gün inkar edənlər qorxu içində ölümün, əslində, yox olmaq deyil, əksinə, əbədi davam edəcək əzabın başlanğıcı olduğunu anlayacaqlar. Allah Quranda o gün insanların keçirdiyi qorxudan bir növ sərxoşa çevriləcəklərini bildirmişdir:

… İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir! (Həcc surəsi, 2)

Ən çox dəyər verdikləri mallar, övladları bir anda bütün əhəmiyyətini itirəcəkdir. Allah Quranda insanların o gün ancaq özlərini xilas etməyə çalışacaqlarını və bir-birlərindən qaçacaqlarını xəbər vermişdir:

O gün insan qaçacaq öz qardaşından; Anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Əbəsə surəsi, 34-37)

O gün insanların düşdüyü vəziyyət ayələrdə belə bildirilir:

… Haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir… (Ənbiya surəsi, 97)

Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir! (Həcc surəsi, 2)

Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız?! (Müzzəmmil surəsi, 17)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
488 532 420 476 493 521

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.