ONLAYN: 24

Qonaq: 395 Cəmi: 421
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,3 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 2 saat 25 deq.
2) nigaraxundova - 1 saat 48 deq.
3) Adnur - 1 saat 10 deq.
4) Nuray - 1 saat 9 deq.
5) ice - 1 saat
6) _Gйпеl_ - 54 deq.
7) XAMLİYON__GÖZƏL - 47 deq.
8) Abbas - 43 deq.
9) Karades_444 - 22 deq.
10) Gülüşüm💕 - 19 deq.
əvvəl səni gözlədim... sonra səni gözləməyi unutdum...
Müxtəlif Yüklə
əvvəl səni gözlədim... sonra səni gözləməyi unutdum...
Sən getdin... mən gözlədim... sən gəlmədin... mən gözlədim... əvvəl səni gözlədim... sonra səni gözləməyi unutdum... amma yenə də gözlədim...
* * *
gecə qaranlıqdı. Ay da gizlənib hündür göydələnlərin arxasında, boylanmır pəncərəmdən. Göy üzü tərtəmiz bir qaranlıdır, nə bulud var nə də ulduz... bir pəncərədən belə işıq yanmır. Mən də keçirim işığı, bilməsinlər burda bir yalnızın yaşadığını. Bilməsinlər belə gec bir saatda kimisə gözlədiyimi...
* * *
Yenə pəncərənin qarşısında yuxuya getmişəm. Yəqin gəlib yatdığımı görmüsən və oyatmağa qıymamısan. Kaş ki oyatsaydın. Səninlə görüş ən şirin, heç bitməyəcək bir yuxu olardı mənim üçün. Amma əsas odur ki gəlmisən...
* * *
Çay da acılaşıb son vaxtlar elə bil. Bəlkə də səninlə əlaqəsi yoxdu. Dünəndən qalıb çay. Dünən də belə fikirləşirdim. Bəlkə də sənin dəmlədiyin çaydır elə... kimdir axı mənimçün çay dəmləyən...
* * *
Bu da son ütülü köynəyim. Sabah gərək həmişə bizə ayırdığım vaxtımı özümə, ev işlərinə ayırım. Gəlib evi bu halda görsən əsəbləşərsən yəqin ki... inciyərsən, dalaşarıq və sən gedərsən və bir də geri dönməzsən...
* * *
Yenə avtobusdan bir dayanacaq tez düşdüm, səni işə ötürdüyüm dayanacaqda... artıq sənin iş yerinə çatırdım ki, sənin yanımda olmadığının fərqinə vardım. Çoxdan piyada getmirəm bu yolu... yəqin ki universitet vaxtlarında getmişəm son dəfə. Səni işə ötürüb pula qənaət etmək üçün piyada gedərdim öz iş yerimə...
* * *
Elə bil hamı mənə baxır... təraşsız üzüm, səliqəsiz saçım, bəlkə də əyri duran qalstukum və daha nələr. Səhərlər güzgüm sən idin axı mənim... hələ çantamdan xəbərim yoxdu, nələri evdə unutmuşam...
* * *
Bir az əvvəl işdən çıxacaqdım ki, telefonda sürətli yığmada 1-ci düyməni vurdum. Bir qadın səsi eşitdim və dəstəyi yerinə qoydum. Evə gedirəm... bu gün axı şənbədir, yəqin işdən çıxmısan artıq, evdəsən...
* * *
Bayaqdan qapının zəngin çalıram. Dedim yəqin yatmısan. Yaxşı ki səhər çıxanda açarı özümlə götürmüşəm... bütün işıqlar sönülüdür. Demək ki, evdə yoxsan. Evdə olsan bütün işıqlar yanardı: “evimiz yuvamız həmişə işıqlı olsun” deyərdin...
* * *
Çay yenə zəhər kimidi, eybi yox səhər dəmləyərəm... gedim bir az pəncərdən şəhərə baxım...

Dostlarınızla paylaşın

214 nəfər bəyənib.
Şərhlər: 2
  1. ÊLfidÂ
    1ci bənd yanılmac fason olub elə bil :D sonrakılarda rep sözləri havasındadı 😁 Təşəkkürlər❤
  2. Kənan Heydərov
    Sən getdin... mən gözlədim... sən gəlmədin... mən gözlədim... əvvəl səni gözlədim... sonra səni gözləməyi unutdum... amma yenə də gözlədim...😘

    Tşk İce🌹

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.