ONLAYN: 12

Qonaq: 325 Cəmi: 340
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,2 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 59 deq.
2) beybala_beybala - 54 deq.
3) ice - 18 deq.
4) Abbas - 14 deq.
5) Nigar - 14 deq.
6) Gülüşüm💕 - 8 deq.
7) Miracle - 8 deq.
8) Nuray - 8 deq.
9) Adnur - 5 deq.
10) XAMLİYON__GÖZƏL - 4 deq.
GündəLik bürcLər:07.03.2021
Bürclər Yüklə
GündəLik bürcLər:07.03.2021
Qoç
Sənədləşmə işilə məşğul olan “Qoç”ların bugüngü işləri rəvan olacaq. Bacarığınızı axşama doğru daha parlaq nümayiş etdirəcəksiniz. Iş və biznes baxımından bu, pis deyil. Amma yaxınlara gəlincə, təəssüf ki, onlar əziyyət çəkəcəklər. Çünki siz onlara nəinki mübahisəyə girişməyə, heç öz fikirlərini söyləməyə belə, imkan yaratmırsınız.

Buğa
Işgüzar müstəvidə bütün addımlarınız uğurla nəticələnəcək. Amma bu gün dostu düşməndən ayırmaqda çətinlik çəkəcəksiniz. Çünki düşmən də özünü dost kimi tanıdacaq. Şəxsi müstəvidə işləriniz qaydasında olacaq.

Əkizlər
Əgər bu gün hansısa vacib məsələni həll etməyi planlaşdırmısınızsa, onda bunu təklikdə reallaşdırın. Çünki etibarlı müttəfiqlər bu gün heç də ürəyiniz istədiyi kimi etimadınızı doğrultmayacaq. Bu gün yaxşı olar ki, bilik və təcrübə tələb olunan işlərə diqqət yönəldəsiniz. Yaxınlarla münasibətiniz də gərgin keçəcək. Gah onlar sizdən küsəcəklər, gah da siz onlardan narazı qalacaqsınız.

Xərçəng
Uğursuz gündür. Işdə bəxtiniz gətirmir, rəqibləriniz də bundan istifadə edirlər. Rəhbərliklə aranızda fikir ayrılığı baş qaldıracaq. Hisslərinizi paylaşın, sizi ciddiyə almayacaqlarından narahat olmayın. Sevən “Xərçəng”lər qarşı tərəfdən müsbət enerji alacaqlar.

Şir
Bilik və ya təcrübəniz yetərli olmasa belə, siz çətin işlərin öhdəsindən uğurla gələcəksiniz. Bugünlərdə sizə düşmən kəsilən şəxs birdən-birə həmkar olacaq. Şəxsi müstəvidəki işləriniz də bundan geri qalmayacaq. Çoxlu tərif eşidəcəksiniz. Sizi xoş sürprizlər də gözləyir.

Qız
Sizə elə gəlir ki, işləriniz çox pis gedir. Baxmayaraq ki, ətrafdakılar bunun belə olmadığını sizə sübut etməyə çalışır, amma yenə də buna inanmaq istəmirsiniz. “Qız”lar inadkar olduqlarını tam çılğınlığıyla isbatlayacaqlar. Günün pozitiv tərəfi yaradıcılığınızla bağlı olacaq. Unutmayın ki, harada istedad varsa, orada da maraqlı tanışlıqlar, pərəstişkarlar var.

Tərəzi
Xırda işləriniz çoxdur. Bu səbəbdən də diqqətinizi cəmləyə bilmirsiniz. Elə bir xəbər alacaqsınız ki, bu, sizin gələcək planlarınızı dəyişəcək. Vacib qərar verməli olacaqsınız, amma yenə də narahatçılığa əsas var. Qeyri-rəsmi müstəvidə müttəfiqlərlə görüşmək üçün əlverişli gündür. Bu baxımdan ilk görüş üçün də münasib gün hesab edilir.

Əqrəb
Gün qeyri-adi başlanğıcla açılacaq. Günün birinci yarısında həyatınızda dəyişiklik baş verəcək. Siz bunu hiss edəcəksiniz. Istəyinizə çatmaq üçün əlinizdən gələni edirsiniz. Axşama doğru çox yorğun olduğunuzu hiss edəcəksiniz.

Oxatan
Siz həyat tərzinizi dəyişmək istəyirsiniz, bu gün isə bu istək daha güclü olacaq. Bir sözlə, “öz planetinizə” səliqə-sahman gətirmək istəyəcəksiniz. Bu aspektdə yardımçı olmaq istəyənlər də tapılacaq. Gün imic dəyişikliyi, gözəllik salonunu ziyarət etmək, qarderobu yeniləmək baxımından əlverişlidir. Ehtimal ki, lazımsız məsrəflər olacaq.

Oğlaq
Bir sıra çətinlikləriniz olacaq, amma onların da öhdəsindən gələcəksiniz. Ağılla hərəkət etməyiniz hadisələrə real gözlə baxmağa imkan verir. Günün maliyyə mənzərəsi yaxşıdır, bu üzdən də alış-veriş edə bilərsiniz. Günün ikinci yarısı təklikdə qalmaq üçün münasib zamandır. Bu vaxt fikrinizi cəmləyə bilərsiniz. Əgər qarşınızda işgüzar tapşırıq durursa, onu bu gün həll etməyə çalışın.

Dolça
Uğurlu gündür. Intellektual potensialınız genişdir, çətin tapşırıqların öhdəsindən gələ bilərsiniz. Sizin savadınıza şübhə ilə yanaşanlar düşüncələrində yanıldıqlarını etiraf edəcəklər. Işgüzar görüşlərin keçirilməsi, sövdələşmələr üçün məhsuldar gündür. Günün maliyyə mənzərəsi əladır, pul tərəfdən bəxtiniz gətirib.

Balıqlar
Istər işdə, istərsə də evdə fikir ayrılığı istisna deyil. Ulduzlar bildirir ki, bunun günahkarı siz özünüzsünüz. Çünki siz qarşı tərəfi dinləməyi bacarmırsınız. Məqsədə çatmaq üçün inadkarlıq nümayiş etdirirsiniz. Karyera və işgüzar müstəvidə uğurlarınızla fəxr edə bilərsiniz.

Dostlarınızla paylaşın

150 nəfər bəyənib.
Şərhlər: 4
  1. ÊLfidÂ
    Əgər qarşınızda işgüzar tapşırıq durursa, onu bu gün həll etməyə çalışın.
    -Həll etdim🥳
    1. ice berg
      Yorulmayasan😄
      1. ÊLfidÂ
        Təşəkkürlər 😁
  2. Bumerang
    Mənə aid nəsə olmadi.Təşəkkür

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.