ONLAYN: 27

Qonaq: 468 Cəmi: 498
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 533,8 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 3 saat 50 deq.
2) ice - 3 saat 42 deq.
3) heyatimin - 3 saat 21 deq.
4) beybala_beybala - 2 saat 44 deq.
5) _Gйпеl_ - 2 saat 21 deq.
6) Adnur - 2 saat 15 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 57 deq.
9) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
10) Karades_444 - 54 deq.
Necə barışım mən bu zamanla
Şeirlər Yüklə
Necə barışım mən bu zamanla
Məmurlar Firon tək əyləşib taxtda
Torpaq qanununun icrası saxta
Kompüter texnika olan bu vaxtda
Kəndli yer şumlayır xışla, kotanla
De, necə barışım mən bu zamanla?

Cinayət törədən hakim bizdədir
Xəstəsin öldürən həkim bizdədir
Özünü kəşf etməyən alim bizdədir
Bu əsəbi başla, bu dərdli canla
De, necə barışım mən bu zamanla?

Gerayin saqqızdı yoxsa marojni
Gören hara baxır bizim tamojni
Xalqın cavanları ex kak palojni
Yeni esre gedir elde bayanla
De, nece barışım men bu zamanla?

Cengi bata-bata batır zatımız
Yallı yox caz gedir camaatımız
Mehv olmaq üzredir muğamatımız
Eger küsmüşükse tarla, kamanla
De, necə barışım mən bu zamanla?

Güldürüb özünə şarlatanları
Birləşmir dünyanın Müsəlmanları
Mənə fətva versin din ürfanları
İki təriqətlə, iki azanla
De, necə barışım mən bu zamanla?

Azmıdır bu xalqın din işğalçısı
Dələduz mollası, gopçu falçısı
Hacı pivəsinin istehsalçısı
Saziş bağlayırsa dini dükanla
De, necə barışım mən bu zamanla?

Dinlədikcə şeytan çalan havanı
Eyləyirik haqqa qarşı davanı
Çoxu məhşərdəki haqqı, divanı
Səhv salır Embavuddakı divanla
De, necə barışım mən bu zamanla?

Mən Nəsimi övladıyam ay arsız
Sizə qalsa lap dərimi soyarsız
Kəfənimə qələm, vərəq qoyarsız
Haqq Dünyasın gözləyirəm gümanla
De, necə barışım mən bu zamanla?

Xəyala dalıram bir an içində
Günahsız əllərim al-qan içində
Bu şeiri yazmışam zindan içində
Mən şair Ramizəm, az məni danla
Barışan deyiləm mən bu zamanla!
İnsanlar qəlizdir, dünyasa fani
Böyük ehtiramla Ramiz Təkani

Dostlarınızla paylaşın

181 nəfər bəyənib.
Şərhlər: 1
  1. Adnur xanım
    Ən sevdiyim şeirlərdən biridir.Mənalı sözləri var.Sanki demək istədiklərimizin hər biri şeirdə cəmləşib .

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.