ONLAYN: 21

Qonaq: 267 Cəmi: 290
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,3 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 2 saat 6 deq.
2) Adnur - 1 saat 2 deq.
3) ice - 1 saat
4) Nuray - 57 deq.
5) nigaraxundova - 54 deq.
6) _Gйпеl_ - 54 deq.
7) Abbas - 43 deq.
8) XAMLİYON__GÖZƏL - 39 deq.
9) Gülüşüm💕 - 19 deq.
10) Karades_444 - 12 deq.
Həyat və ölüm
Aforizm Yüklə
Həyat və ölüm
Adam o zaman özünə yer tapa bilmir ki, yerini başqa yerdə axtarır. (Əbu Turxan)

Adətən ölənləri ağlayırlar; doğula bilməyənlər haqqında düşünən də yoxdur. (Əbu Turxan)

Ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. (Əbu Turxan)

Ancaq özünü tapan adam həyatını istədiyi kimi idarə edə bilər. (Əbu Turxan)

Ancaq yaradıcılıq məqamları sözün həqiqi mənasında həyatdır. (Əbu Turxan)

Arzudan doğan arzular ayağı gerçəkdən üzülmüş arzulardır. (Əbu Turxan)

Arzular həyata məna verir. (Anatol Frans)

Bədbinlik əhval-ruhiyyədir, nikbinlik – iradə. (Alen Emil Ogüst)

Bəzən biz yolu seçirik, bəzən də yol bizi. (Əbu Turxan)

Bəzən mənliyi yaşatmağın yeganə yolu ölüm olur. (Əbu Turxan)

Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün;
bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün;
bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;
bəzən anmaq lazım gəlir, anılmaq üçün;
bəzən de susmaq lazım gəlir, duymaq üçün. (Şəms Təbrizi)

Bəzən yaşamadıqlarımız bizi yaşadığımız həyatdan daha çox mühakimə edir. (Əbu Turxan)

Bir insanın ölümü ölüm, iki milyon insanın ölümü isə statistikadır. (Erix Mariya Remark)

Bir şərdən qaçsan, başqa şərə düşərsən. Ona görə də şərdən qaçmaq yox, onu dəf etmək lazımdır. (Əbu Turxan)

Bir şey ki, qaçılmazdır, ondan qaçmaq axmaqlıq olardı. (Publiliy Sir)

Bir var, sən ölümdən qaçasan (onda o, səni mütləq yaxalayacaq), bir də var, üzərinə elə gedəsən ki, ölüm səndən qaçsın. (Əbu Turxan)

Bir yatmış başqa yatmışı necə oyada bilər?! (Sədi Şirazi)

Biri ölüb biri ölməsəydi, ölmək çox acı olardı. (Jan de Labrüyer)

Birinin məhvi başqasının yaranması deməkdir. (Aristotel)

Biz tez-tez gələcək günlərdən borc götürürük ki, keçmiş günlərin borclarını qaytaraq. (Cübran)

Bu dünyada həyat heçliklə varlıq arasında cərəyan edir.
Ölüm bu həyata yekun vurur və kimləri isə heçliyə, kimləri isə varlığa qovuşdurur. (Əbu Turxan)

Bu dünyada uğuru yalnız bunun üçün lazım olan şəraiti axtaran tapır; tapmasa, bu şəraiti o özü yaradır. (Corc Bernard Şou)

Bu günün hər əməli sabah üçün alın yazısıdır. (Əbu Turxan)

Bu qala bizim qala
Həmişə bizim qala
Tikmədim özüm qalam
Tikdim ki, izim qala. (Xudu Məmmədov)

Bundan sonra hara gedəcəyini bilmək üçün, buna qədər haradan gəldiyini bilməlisən. (Əbu Turxan)

Cavanlar xəyal edirlər, qocalar xatırlayırlar. (Lui Araqon)

Cavanlıq artıq cavan olmayan üçün böyük çatışmazlıqdır. (Aleksandr Düma)

Cavanlıqda biz sevmək üçün yaşayırıq; yetkin dövrdə yaşamaq üçün sevirik. (Sent Evremon)

Cavanlıqda intuisiya, qocalıqda – düşüncə üstünlük təşkil edir: buna görə də birincisi poeziya, ikincisi fəlsəfə üçün əlverişlidir. (Artur Şopenhauer)

Çayın həyatı onun axmasındadır. Dənizə çatmaq sanki bu həyata son qoyur, amma əslində onun həyatı öz mənasını bu vüsal məqamında tapır.

Dostlarınızla paylaşın

248 nəfər bəyənib.
Şərhlər: 1
  1. Bumerang
    Arzudan doğan arzular ayağı gerçəkdən üzülmüş arzulardır. (Əbu Turxan)

    Mənali aforizmlərə görə təşəkkür əllərinə sağliq

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.