ONLAYN: 28

Qonaq: 480 Cəmi: 511
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 534 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,6 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) nigaraxundova - 4 saat 13 deq.
2) ice - 3 saat 59 deq.
3) heyatimin - 3 saat 51 deq.
4) beybala_beybala - 3 saat 18 deq.
5) Adnur - 2 saat 43 deq.
6) _Gйпеl_ - 2 saat 21 deq.
7) Avara_Şair - 2 saat 12 deq.
8) Abbas - 1 saat 58 deq.
9) Xaliq - 1 saat 14 deq.
10) XAMLİYON__GÖZƏL - 1 saat 6 deq.
Ən ziyanlı qidaların REYTİNQİ
Sağlamlıq Yüklə
Ən ziyanlı qidaların REYTİNQİ
İnsanın qidalanması onun sağlamlığına böyük təsir edir. Bəzi qida məhsulları xəstəliklərin riskini artırır, digərləri isə əksinə azaldır.

Belə ki, meyvə-tərəvəz, göyərti, yarmalar, süd məhsulları, yumurta, paxlalılar, balıq sağlamlıq üçün ən faydalı qidalardır.

LoaDinG.aZ xarici KİV-lərə istinadla bildirir ki, Amerika Kliniki Onkologiya Cəmiyyəti (American Society of Clinical Oncology – ASCO) ən ziyanlı məhsulların "reytinqi"ni tərtib edib. Mütəxəssislər qeyd edirlər ki, onların sadaladığı məhsullar tək xərçəngin deyil, bir çox digər xəstəliklərin də (ürək-damar sistemi, maddələr mübadiləsi, qaraciyər, böyrək və s. xəstəlikləri) riskini artırır.

Beləliklə, sizə ən ziyanlı qidaların reytinqini təqdim edirik:

1. Hisə verilmiş kolbasa

Hisə verilmə zamanı tərkibində çoxlu sayda ziyanlı maddələr olan tüstü ifraz olunur. 50 qr hisə verilmiş kolbasanın tərkibində olan kanserogenlər 1 qutu siqaretdə olduğu qədərdir. Həmçinin hisə verilmiş kolbasa ürək-damar sisteminə, qaraciyərə çox mənfi təsir edir.

2. Sosis, kolbasa, vetçina

Bu məhsulların gündəlik istehlakı yoğun bağırsaq xərçənginin riskini 18% artırır.

3. Peçenye, vafli və s. şirniyyatlar

Onlar trans-yağlar (marqarin, palma yağı) və şəkərlə zəngindir. Trans-yağlar onkoloji və ürək-damar sistemi xəstəliklərinin riskini xeyli artırır.

Həmçinin bu məhsulların tərkibində olan bol şəkər damarlarda iltihab yaradaraq aterosklerozun inkişafına səbəb olur. Bildiyimiz kimi, ateroskleroz zamanı damarlarda artıq xolesterin (piyə oxşar maddə) yığılır. Lakin xolesterin sağlam damarlarda deyil, iltihablaşmış, xəstə damarlarda toplanır. Məhz şəkər damarların daxili divarlarında iltihab yaradaraq aterosklerozun inkişafına şərait yaradır.

4. Şirin qazlı içkilər

Burada da əsas risk şəkərin çoxlu olmasıdır. Həmçinin belə içkilər fosfatlarla da zəngindir. Fosfat turşusu sümük toxumasını dağıdır və böyrəklərə mənfi təsir edir. Şirin qazlı içkilərdən sui-istifadə hipertoniya, piylənmə, osteoporoz kimi xəstəliklərin riskini artırır.

5. Spirtli içkilər

Bu içkilərin tərkibində olan etanol ən güclü kanserogendir. Həmçinin etanol ürək, qaraciyər, böyrəklər və bir çox orqan və sistemlərə ciddi ziyan vurur.

6. Müxtəlif souslar (ketçup, mayonez, pendirli souslar və s.)

Tərkibində çoxlu yağ, duz və şəkər var.

7. Çipsi

Yağ, duz və müxtəlif kimyəvi qatqılarla "zəngindir". Həmçinin çipsi qızardılır.

8. Popkorn

Popkornun hazırlanması zamanı dəfələrlə eyni yağdan istifadə olunur. Bu zaman yağda kanserogen maddələrinin miqdarı kəskin artır.

Dostlarınızla paylaşın

147 nəfər bəyənib.
Şərhlər: 1
  1. Kənan Heydərov
    Popkornda varki siyahıda)) Gərək Gülüşə tapşıram çox yeməsin)

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.