reklam
Zəkat Zəkat https://loading.az/uploads/posts/2021-03/thumbs/1614757857_loading.az_800x420-1538138622355.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 3-03-2021, 13:30

Zəkat

Zəkat
Zəkatın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (Əl-Beyyinə 5) Dində zəngin sayılan kişi, qadın, hər bir müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara verməsi borcudur, fərzdir.
Dinin zəngin saydığı şəxslər.
Borcundan və keçinəcəyindən başqa 80,18 qram qızılı(bu qızıl istər işləyən pul, istər külçə, istər zinət əşyası və ya qab-qacaq olsun)
Və ya 561 qram gümüş (bu gümüş istər işləyən pul, istər külçə, istər zinət əşyası və qabqacaq olsun.)
80,18 qram qızılın qiymətində pula malik olan, 561 qram gümüşün qiymətinə sahib olan və ya 89,18 qram qızıl və ya 561 qram gümüş tutarında ticarət malı olan)
Bu dəyərdə bir az qızıl, bir az gümüş və bir az da malı olan şəxs dində zəngin sayılır.
Gümüş və ya qızıl başqa metalla qarışıq olur və qızılı və ya gümüşü daha çox olursa, xalis qızıl və ya gümüş sayılır və ona görə zəkatı verilir.
Heyvan cinsinə gəlincə;
Borcundan və keçinəcəyindən başqa, doğub, törəmək, süd vermək üçün ilin çox vaxtında çöldə otlayan: Qırx qoyun və ya keçi üçün içindən bir dənəsi və ya əvəzi verilir.
Otuz inək və ya camış üçün bir yaşını tamamlamış bir buzovu və ya xötəyi verilir. Beş dəvəsi olan da dində zəngin sayılır.

Həccin dəlili Allahın bu kəlamıdır: Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar) Əlbəttə Allah aləmlərə (heç kəsə) möhtac deyildir. (Ali İmran 97) Yetginlik yaşında, ağlı başında, gücü,qüvvəti yerində olan hər bir zəngin müsəlmanın ömründə bir dəfə, Həcc vaxtında Kə'bəni və ətrafındakı mübarək yerləri ziyarət etməsidir. Fərzdir.
Həcc mal və bədənlə edilən bir ibadətdir.
Fağırlara, şikəstlərə, iflic olanlara Həcc fərz deyildir. Yolun salim olması da şərtdir.
Üzərinə həcc fərz olmayan şəxsin möhtac olduğu malını və mülkünü sataraq Həccə getməsi doğru deyildir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
313 296 310 285 310 322

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.