reklam
Gülüş Vaxtı:) Gülüş Vaxtı:) https://loading.az/uploads/posts/2021-02/thumbs/1614403711_loading.az_34193748_489375331465560_4273058118067290112_o.jpg
ice berg

ice berg Yumor 27-02-2021, 22:22

Gülüş Vaxtı:)

Gülüş Vaxtı:)
Bir nəfər meşədə azır.Başlayır qışqırmağa: -Kömək edin!!!!!!!! Hiss edir ki, arxadan səs gəlir.Çönüb, görür ki, ayı öz mağarasından çıxır.Ayı deyir: -Nə olub? Nə qışqır -bağır salmısan? -Azmışam meşədə! =( -Bildim də, bəs niyə qışqırırsan? -Deyirəm bəlkə, kimsə səsimi eşidər. Ayı qollarını çirmələyərək, kişiyə yaxınlaşaraq deyir: -Mən eşitdim səni. Sənə bu lazım idi?

Hakim müttəhimə: -Siz yumurtalarla birlikdə toyuğu da oğurladınız? -Əlbəttə, mən qərara gəldim ki, balaları anadan ayırmaq olmaz.

Bir dövrün bütün as və klass futbolçuları cənnətdə görüşür. Cənnətin baş mələyi də futbol maraqlısıymış. Şeytanı çağırtmış: -Cənnətlə cəhənnəm arasında bir matç təşkil edək nə deyirsən? -Boşuna oynamayaq, biz qazanarıq", demiş şeytan. -Olar heç? Ən yaxşı futbolçular bizdədir, nə qədər də pis futbolçu varsa sizdədir... Şeytan şeytan kimi gülümsəmiş: -Amma bütün hakimlər də bizdədir.

Turnir. Bir qız dayanıb, başına alma qoyublar. Birinci oxatan almanı vurub deyir:
- I am Robin Good!
İkinci oxatan da almanı vurub deyir:
- I am Richard Lions Heart!
Üçüncü düz ata bilmir, qızı öldürür:
- I am, I am... Sorry...

Ev qulluqçusu:
- Madam, bir halda ki, Siz mənə etibar etmirsiniz, yaxşısı budu mən işləməyim.
- Necə yəni etibar etmirəm? Mən hətta qiymətli daşlar saxlanan mücrünün açarını sənə vermişəm.
- O açarlar mücrüyə düşmür...

Protokolda göstərilib ki, miss Braun, Siz son üç həftədə maşınla dörd nəfəri vurmusunuz.
- Üş nəfəri...
- Burda yazılıb ki, dördünü...!
- Məsələ burasındadır ki, bu sarsaqların birini iki dəfə vurmuşam.

Evin damında bir nəfər dayanıb. O, intihar etmək istəyir. Aşağıda camaat toplaşıb baxır. Birdən bir qadın səsi eşidilir:
- İlahi, əgər o indi özünü atmasa, mən işə gecikəcəm!

Bir gün azəri, rus və erməni bir kupedə yol gedirlər.Bekarçılıqdan qalırlar neyləsinlər. Erməni əlini cibinə salıb bir pomidor çıxardır.Pamidoru dişləyib atır vaqondan aşağı:
- bizdə pomidor çoxdur...
Rus cibindən bir butulka araq çıxardır, içir. İçəndən sonra vaqonun pəncərəsindən aşağı atır:
- bizdə də araq çoxdur...
Azərbaycanlı ciblərini yoxlayır, görür heçnə yoxdur.Qalır nə etsin.. Götürür ermənini atır pəncərdən aşağı:
- bizdə erməni çoxdur...

Bir şəxs həkimə sual verir:
- xəstənin dəli olduğunu necə bilirsiniz?
- vannanı su ilə doldururuq, xəstəyə bir qaşıq, bir fincan, bir də vedrə veririk və deyirik hansı ilə boşaldarsan?
- hə, anladım. normal şəxs vedrəni seçər.
- xeyr,normal şəxs vannanın tıxacını çıxardar.

- Həkim ,düzünü deyin, sizin bu müalicəvi dərmanların hər hansı bir xeyri olurmu?
- Əlbəttə, bu yaxınlarda oğluma villa aldım, qızıma da ev tikdirirəm...

‎- Qaqaş, sən yaponsan?
- Yox.
- Sən canın yaponsan?
- Yox dedim!!
- Burda nə varee yaponsansa denən dəə..
- Hə, yaponam!!
- Qaqaş, öz aramızdı, nəsə heç oxşamırsanee...

Bir gün bir sinif avtobusa minirlər. Bir az gedəndən sonra avtobus xarab olur. Sürücü düşüb avtobusu düzəldəndə bir oğlan gəlir deyir:"Dayı, mən billrəm avtobusa nə olub". Sürücü deyir: "Get başımdan". Sonra uşaq yenə gəlir deyir: "Mən billirəm axı.". Sürücü deyir: "Ay bala, sənə deyirəm get başımdan". Uşaq yenə gələndə deyir:" Mən bilirəm nə olub avtobusa". Sürücü deyir:"Hə, nə olub?". Deyir ki, "avtobus xarab olub".

Kovboy əlində tapança gedir.
— İki kərə iki neçə edir?
— Bilmirəm.
— Part! Axmaqları sevmirəm!
— İki kərə iki neçə edir?
— Nəyinə gərək?
— Part! Kobudları sevmirəm!
— İki kərə iki neçə edir?
— Neçə lazımdır?
— Part! Yaltaqları sevmirəm!
— İki kərə iki neçə edir?
— Part! Hər şeylə maraqlananları sevmirəm!

Bir nəfər köynək verir Anastratdinə ki, onu bazarda satsın. Köynək də oğurluq olur. Anastratdin də bunu bilir. həmin gün bazar adamla dolu imiş. Basırıqda birisi köynəyi ondan oğurlayır. Anastratdin bazardan qayıdır,. həmin adam yanına gəlib ondan xəbər alır görsün köynəyi neçəyə satdı. Anastratdin deyir:
-Alver bu gün çox pis idi. Onu neçəyə almışdınsa, o qiymətə də mən verdim.
Qeyd:Anastratdin yunanlarda Molla Nəsrəddinin adıdır.

MaMeD: Nəsə söhbət olsa səndə nömrəm varda?
Tağı: hə var
MaMeD: silərsən

Alo 103-dü?
-Bəli
-Ambulans var?
-Bəli var
-Bizdə də var yarışaq?:)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
265 315 287 294 266 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.