ADMiN

ADMiN İslam Dini 5-03-2017, 10:13

İmam Əlinin buyuruşlarında ədalətli rəhbər

İmam Əlinin buyuruşlarında ədalətli rəhbər

Əmirəl-möminin (ə) buyurur: "Üç şey vardır ki, əgər onları əziz tutsan və onlara əməl etsən, başqa şeylərdən səni ehtiyacsız edər. Əgər onları tərk etsən, üç başqa şeyin sənin üçün faydası olmaz. Qohumlara və biganələrə qarşı həddi (qanunu) iqamə etmək, razı olanda və qəzəblənəndə Allahın Kitabı ilə hökm vermək, qırmızı ilə qara arasında ədaləti bölmək".

Əmirəl-möminin (ə), ədaləti hakimin əsil vəzifələrindən biri hesab edir. O zaman ki, insanlar İmama (ə) şikayət edirlər, İmam (ə) onlara buyurur: "Həqiqətən, hakimlərin yaxınları vardır ki, təkəbbürlü və yaltaqdırlar və insafları yoxdur.Ona görə bilin ki, Allah yanında ən yaxşı insan - adil rəhbərdir ki, həm özü hidayət olmuş olsun və həm də insanları doğru yola hidayət etsin. Onun üçün məlum olan sünnəti bərpa etsin, məchul olan bidətləri isə məhv etsin. Allah yanında ən pis insan - zalım rəhbərdir, həm özü yolunu azmışdır və həm də insanları yolundan azdırır". (Erfan)
İmam (ə) ətrafında olanları da ədalətə riayət etməyə dəvət edərdi. O, Malik Əştərə buyurur: "Dəqiq bir tədqiq ilə onların hər birinin zəhmət və əziyyətini öyrənməyə çalış. Heç bir zaman birinin zəhmətini başqasının üzərinə qoyma. Onun xidmətini dəyərsiz hesab etmə ki, kiminsə şərafəti səbəb olsun ki, kiçik işini böyük hesab edəsən. Ya da kiməsə bədgüman olmağın səbəb olsun ki, böyük işini dəyərsiz biləsən.
Heç bir zaman yaxşı əməl sahibi ilə pis əməl sahibi nəzərində eyni olmasın. Onların hər birinə işlərinə görə mükafat ver".
İmam (ə) buyurur ki, hər bir müdir və ya hakim gərək əlinin altında olanları yaxşı tanısın və onların gördükləri işlərdən xəbərdar olsun ki, məbada onlara qarşı ədalətsizlik edər və ya işlərini dəyərsiz hesab edib, onları kiçildər. Ona görə də hər bir rəhbərin ilk vəzifəsi budur ki, insanlara qarşı insafa riayət etsin və onlarla ədalətə uyğun olaraq rəftar etsin.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
136 74 104 70 93 73

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.