ÊLfidÂ

ÊLfid İslam Dini 8-02-2021, 16:30

Mühacirlərlə Ənsar arasında qardaşlıq qurulması

Mühacirlərlə Ənsar arasında qardaşlıq qurulması

Allah rızası üçün hər şeyini geridə buraxıb Mədinəyə hicrət etmiş mühacir Müsəlmanlara, Mədinəli Müsəlmanlar (ənsar) məhəbbət və səmimiyyətlə qucaqlarını açmışdılar. Ancaq mühacirlər, Mədinənin havasına, adətlərinə və çalışma şərtlərinə öyrəşməmişdilər. Buna görə Mədinəyə hicrətdən 5 ay sonra Hz.Məhəmməd (s.a.s.), ənsar ilə mühaciri bir araya topladı. 45 mühacirlərdən, 45 ənsardan 90 Müsəlmanı qardaş etdi. Peyğəmbərimizin qurduğu bu qardaşlıq bağı, maddi mənəvi köməkləşmə və bir birlərinə varis olmaq əsasına dayanırdı. Bu üsul mühacirlərin yurdlarından ayrılmalarından ötrü hiss etdikləri kədər və üzüntüyü azaltma, onları Mədinəlilərə isindirmə, onlara güc və dəstək qazandırma məqsədi ilə idi. Qurulan bu qardaşlıq bağına görə, Mədinəli ailələrdən hər birinin rəisi, Məkkəli Müsəlmanlardan bir ailəyi yanına alacaq, mallarını onlarla paylaşıb, bərabər çalışıb bərabər qazanacaqlardı. Eyni zamanda mühacirlərdən qalacaq yeri olmayanlarda ənsardan olan qardaşının evində qalır, birlikdə yeyib-içirdilər. Mədinəli Müsəlmanlar bunlarlada qalmadılar. Rəsulallahın hüzuruna çıxaraq, fədakarlıqlarını göstərən bu təklifi irəli sürdülər:
"Ya Rəsulallah! Xurmalıqlarımızı da mühacir qardaşlarımızla aramızda bölüşdür!"
Ancaq mühacirlər o ana qədər bu işlərlə məşğul olmamışdılar. Buna görədə Hz.Məhəmməd (s.a.s.) bu təklifi qəbul etmədi. Ancaq Mədinəli Müsəlmanlar buna da çarə tapdı. Bu işdən anlamayan mühacir Müsəlmanlar, sadəcə qulluq və sulama işlərini görəcəkdilər, onlar da əkib biçəcəklərdi. Sonda çıxan məhsul aralarında bölüşdürüləcəkdi. Hz.Məhəmməd (s.a.s.) buna razı oldu. Bu qardaşlığın digər bir müsbət nəticəsi isə bu idi:
Rəsulallah hər hansı bir səfərə çıxacağı zaman qardaşlardan birini özüylə aparırdı. Digəri isə hər iki ailənin məişətini təmin etmək, idarəsini davam etdirmək üçün Mədinədə qalırdı. Beləliklə, evlər sahibsiz qalmırdı.
Tarix bir çox köçə şahid olmuşdur. Amma belə mənalı, gələnlə yerlilər arasında birbirlərinə can-i könüldən bağlı bir köçü daha öncə görməmişdi. Bir dahada görməyəcəkdi! Bu səmimi qaynaşma elə bir qüvvət doğurdu ki, qısa zamanda bütün Ərəbistan, hər şeyiylə onlara boyun əymək məcburiyyətində qaldı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
65 71 56 84 49 63

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.