ice berg

ice berg İslam Dini 8-02-2021, 09:00

Musa ibn İmranın ALLAH ilə söhbəti..

Musa ibn İmranın ALLAH ilə söhbəti.. Musa ibn İmranın ALLAH ilə söhbəti.. {descr}
Musa ibn İmran Allahdan
soruşdu:




-Allahım, mənim sənin elçin və

peyğəmbərin olmağıma və Səninlə danışmağıma şəhadət verənin əvəzi nədir?



Allah:

-Mələklərim ona sarı gələcək və

onu cənnətlə müjdələyəcək.



Musa:

-Həmişə Sənin önündə dayanıb

namaz qılan bəndənin əvəzi nədir?



Allah:

-Onun ruku, qiyam və səcdələrinə

görə mələklərim önündə fəxr edərəm. Fəxr etdiyim bir şəxsi isə cəzalandırmaram.



Musa:

-Sənin razılığını qazanmaq məqsədi

ilə bir kimsəsizi doyuzduranın əvəzi nədir?



Allah:

-Bütün kainatın fövqündə

Carçının belə səslənməsinə göstəriş verərəm: “Filankəsin oğlu filankəs Cəhənnəm

atəşindən qurtulanlardandır!”



Musa:


-Qohumluq əlaqələrini qoruyub

saxlayanın (siləyi-rəhm edənin) əvəzi nədir?



Allah:

-Ölümünü yubadaram, canvermə

anını asanlaşdıraram. Cənnət xəzinədarları onu “Bizə sarı gəl, istədiyin

qapıdan cənnətə daxil ol”, deyə səsləyəcəklər.



Musa:

-Camaata pislik etməyən,

yalnız xeyir işlər görən şəxsin əvəzi nədir?



Allah:

-Qiyamət günü atəş ona səslənəcək:

“Sənin mənə girişin qadağandır”.



Musa:

Səni qəlbi və dili ilə

xatırlayan şəxsin əvəzi nədir?



Allah:

-Ey Musa, Qiyamətdə onu ərşimin

kölgəsində saxlayıb öz himayəmə götürərəm.



Musa:

-Gizlin və aşkar, dərin mənalı

ayələrini qiraət edən şəxsin əvəzi nədir?



Allah:

-Ey Musa, o, siratdan ildırım

surəti ilə keçəcək.



Musa:

-Sənin razılığını əldə etmək qəsdi

ilə başqalarının azab-əziyyətinə dözən kimsənin əvəzi nədir?



Allah:

-Qiyamətin qorxulu anlarında

ona yardımçı olaram.



Musa:

-Sənin qorxundan göz yaşı

axıdanın əvəzi nədir?



Allah:

-Üzünü qızmar cəhənnəm atəşindən

qoruyaram, onu Fəze`-əkbər (Qiyamətin adlarından biri) günündə amanda

saxlayaram.



Musa:

-Səndən utanıb xəyanət etməyənin

əvəzi nədir?



Allah:

-O, Qiyamət günü amanda

qalacaq.



Musa:

-İtaət əhlinə qayğıkeşlik edənin

əvəzi nədir?



Allah:

-Cəhənnəm odunu ona haram edərəm.



Musa:

-Mömin bəndəni bilərəkdən qətlə

yetirən şəxsin cəzası nədir?



Allah:

Qiyamət günü ona şəfqət gözü

ilə baxmaz, günahlarını bağışlamaram.





Musa:

-Kafiri İslama dəvət edən şəxsin

əvəzi nədir?



Allah:

-Ona istədiyi şəxsə şəfaət etmək

(bağışlatmaq) ixtiyarı verərəm.



Musa:

-Namazlarını ilk vaxtda qılan

şıxsin əvəzi nədir?



Allah:

-Bütün istəklərini həyata

keçirər, Cənnəti ona halal edərəm.



Musa:

-Sənin razılığını əldə etmək məqsədi

ilə dəstəmaz alan kimsənin əvəzi nədir?



Allah:

-Onu Qiyamət günü iki gözləri

arasından nur parlayan halda səhnəyə gətirərəm.



Musa:

-Sənin razılığını qazanmaq məqsədi

ilə ramazan ayının orucunu tutan şəxsin əvəzi nədir?



Allah:

-Onu Qiyamətdə əmin-amanlıqda

saxlayaram.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
126 137 131 120 132 107

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.