ONLAYN: 20

Qonaq: 492 Cəmi: 515
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) amon » 370,4 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) VeneSSa - 3 saat 19 deq.
2) n2006 - 2 saat 44 deq.
3) XAMLİYON__GÖZƏL - 1 saat 46 deq.
4) aynure - 1 saat 38 deq.
5) amon - 1 saat
6) CeNNeTiM - 51 deq.
7) laluna - 36 deq.
8) _.kelebek_.etkisi - 34 deq.
9) poppy - 20 deq.
10) GOLD_USER - 16 deq.
QURANİ-KƏRİMİN SİRLİ HƏRFLƏRİ
İslam Dini Yüklə
QURANİ-KƏRİMİN SİRLİ HƏRFLƏRİ
Qurani-Kərimdəki bəzi surələrin əvvəlində 1, 2, 3, 4 və ya 5 hərfdən ibarət hərf birləşmələri vardır ki, bunlara ümumi olaraq “Hürufi-müqəttəə” yəni, kəsik hərflər deyilir. Bu hərflərin ümumi sayı 14-dür və bunlar Qurani-Kərimin 29 surəsinin başında 13 fərqli formada yer alır. Bu hərflər hər hansı bir sözü ifadə etmir və oxunarkən sadəcə olaraq həmin hərflərin adları tələffüz olunur. Həmin hərf birləşmələrinə bu ayələri misal göstərmək olar: الر (Əlif, lam, ra) [1], يس (Yə, sin) [2], المص (Əlif, lam, mim, sad) [3], كهيعص (Kəf, hə, yə, ayn, sad) [4]. Zahirən heç bir məna ifadə etməyən bu sirli hərflər haqqında İslam alimləri müxtəlif fikirlər səsləndirmişlər. Bu fikirləri iki qrupa ayırmaq olar.

Bu hərflər Qurani-Kərimin sirlərindən biridir. Bunların nə mənaya gəldiyini yalnız Allah-Təala bilir. Bəzilərinə görə isə, bunlar Allah-Təala və Peyğəmbəri (s.ə.s) arasındakı gizli danışıqları ifadə edir. Belə ki, Həzrət Əbu Bəkr Siddiq (r.ə) bu hərflərlə əlaqədar belə demişdir: “Hər bir kitabın bir sirri vardır. Allah-Təalanın Qurandakı sirri də surələrin əvvəlindəki hərflərdir”. Həzrət Əli ibn Əbu Talib (r.ə) də bu haqda belə söyləmişdir: “Hər kitabın ən yaxşı hissəsi vardır. Quranın ən yaxşı hissəsi də heca hərfləri (hürufi-müqəttəə)dir.[5] Yəni, bu hərflərin ehtiva etdiyi məna heç kim tərəfindən bilinə bilməz.
Bir qisim təfsirçilər isə bu hərflərin insanlar tərəfindən dərk edilə biləcək müəyyən mənalar ehtiva etdiyi qənaətindədirlər. Lakin bu mövzuda da müxtəlif fikirlər vardır. Bunların ən önəmlilərini qısaca belə sadalamaq olar:
Bu hərflər yer aldıqları surənin adını ifadə edir ki, “Yasin” surəsini buna misal vermək olar.
Bu hərflərdən hər biri Uca Allahın bir ismini ifadə edir. Məsələn, الم hərflərindəki “əlif” hərfi Allah-Təalanın “Əhəd” ismini, “lam” hərfi “Lətif” ismini, “mim” hərfi isə “Məcid” ismini ifadə edir.
Uca Allah göndərdiyi Quranın haqq kitab olduğunu vurğulamaq üçün bu hərflərlə and içir. Necə ki, bir çox ayələrdə Allah-Təala günəşə, aya, zamana və s. and içir.
Bu hərflərlə Uca Allah kafirlərə meydan oxuyur ki, buna “təhəddi” deyilir. Yəni, bildiyimiz ərəb dili həmin bu adi hərflərdən meydana gəlir. Qurani-Kərim də həmin hərflərlə ifadə edilən ərəb dilində nazil edilmişdir. Kim Quranın Allah tərəfindən nazil edildiyinə inanmırsa, həmin hərflərdən istifadə edərək o da üslub və məna etibarilə Qurani-Kərimə tay bir kitab yazıb ortaya çıxarsın. Çünki hər hürufi-müqəttəə ayəsindən sonra Qurani-Kərimin haqq kitab olduğunu vurğulayan bir ayə gəlir. Buna misal olaraq aşağıdakı ayələri göstərmək olar: “Əlif, Lam, Mim. Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır”.[6] Əksər təfsirçilərə görə, bu izah sadalanan fikirlərin içində ən etibarlı izahdır.
f.f.d. Ələddin Sultanov

[1] Bəqərə, 2/1.

[2] Yasin, 36/1.

[3] Əraf, 7/1.

[4] Məryəm, 19/1.

[5] Razi, “Məfatihül-qeyb”, I, 228.

[6] Bəqərə, 2/1-2.

Dostlarınızla paylaşın

515 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.