ONLAYN: 20

Qonaq: 502 Cəmi: 525
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) amon » 369,5 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) poppy - 20 deq.
2) VeneSSa - 18 deq.
3) amon - 16 deq.
4) laluna - 6 deq.
5) CavadoV - 5 deq.
Quranın ecazkarlığı onun forma və məzmunca bənzərsizliyini, təkraredilməzliyini nəzərdə tutur. Hicrətin II əsrinin əvvəllərindən etibarən Quranın ecazkarlığına həsr edilmiş əsərlər yazılmağa başlamış və bu gün də yazılmaqdadır. İrəli sürülən müddəalarda hər şeydən əvvəl Quran hökmləri əsas götürülür, çünki Quran öz ləfzinin və mənasının Allah dərgahından olduğunu elan edərək buna şəkk gətirənlərə, onun Peyğəmbərin özündən uydurduğu bir şey, bəşər kəlamı olduğunu iddia edənlərə meydan oxuyur.

Quranın kompozisiyası, qeybdən verdiyi xəbərlər, keçmişə, indiyə və gələcəyə dair dos-doğru məlumatları da, onun ecazkarlığına dəlil kimi izah edilir.

Bəzi Quran ayələri müasir elmi kəşflərlə əlaqələndirilir. Quranın müsbət elmlər sahəsinə daxil olan mövzularda söylədikləri ilə elmin söylədikləri arasında bu günə qədər bir təzad ortaya çıxmamış, əksinə, hər ikisi arasında tam uyğunluq olduğu aşkar edilmişdir.

Quran qorunub saxlanılması cəhətdən də möcüzədir. Quran on dörd əsr əvvəl nazil olmuş və bu günə qədər gəlib çatmışdır. Onu bu günümüzə qədər gətirib çıxaran bir tərəfdən, yazılı şəkildə olması, digər tərəfdən isə əzbərlənib hafizələrdə qalmasıdır. Həzrət Peyğəmbərə gəldiyi şəkillə bugünkü şəkli arasında ən kiçicik belə dəyişiklik yoxdur. Özündən sonra yeni bir ilahi kitab gəlməyəcəyinə görə son ilahi kitab olan Quran dünya durduqca pozulmaq və dəyişdirilməkdən hifz olunmalıdır.

Qurani-Kərim hələ həzrət Peyğəmbərin sağlığında tam şəkildə yığılmış bir kitab halına gətirilməmişdi. Buna imkan da yox idi, çünki həzrət Peyğəmbərin yaşadığı müddətdə vəhy davam etməkdə idi.

Həzrət Peyğəmbər vəfat edəndən sonra, səhabələri arasında Quranı əzbər bilənlər azalmağa başlayanda Qurani-Kərimin qismən və ya tamamilə yox olması qorxusu yarandı. Həzrət Əbu Bəkrin xəlifəliyi dövründə həzrət Ömərin israrlı təkidi ilə səhabələrin ən yaxşı Quran oxuyanlarından, vəhy yazanlarından olan Zeyd ibn Sabitə Quranı başdan-başa bir kitab halında toplamaq vəzifəsi tapşırıldı. Zeyd də iki şahidin köməkliyi ilə əzbərlənmiş və yazılmış mətnləri toplayıb nəzərdən keçirtdi, sıraladı və təxminən bir illik cidd-cəhddən sonra Qurani-Kərimin mətni bugünkü şəkildə tərtib edildi.

Dostlarınızla paylaşın

300 nəfər bəyənib.
Şərhlər: 1
  1. Ehmedzade
    Allah razi olsun

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.