LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
KiBirLi_PrenS.

KiBirLi_PrenS. Hekayələr 27-01-2021, 23:30

Ürəksizəm..

Ürəksizəm..
LoaDinG.Az xəbər saytı
Mən ürəksizəm, duyğusuzam bəli... Çünki sizin kimi gözlər önündə, heç nədən çəkinmədən, utanmadan ağlamıram.. Sizin yanaqlarınızdan süzülüb axan yaşlar, mənim daxilimdə qəlbimi yandıra-yandıra axır.. Ürəyim qan ağlayır əslində... Həyatda həmişə gülərüz olub, optimistlər kimi düşünərkən, baxışlarınızdan, heç nədən qırılmaz, yıxılmaz biri olaraq görünürkən əslində ürəyimə atıram bütün dərdlərimi, təbəssümü üzümdə əks etdirirəm... Çoxları deyir dərdsizəm, Dünya vecimə deyil, sanki həyatımı bilirmiş kimi, çoxları deyir ürəksizəm sanki qəlbimdə yaşayıblarmış kimi... Qürurumdan söyləyə bilmədiyim dilimdə düyünlənib qalan sözləri sahiblərinə çatdırmağın həsrəti ilə gözləyərkən o sahiblərin məni daş ürəkli, acı dil adlandırmasına o qədər öyrəşmişəm ki... Sevdiyim insanlara sevdiyimi söyləməməyim o demək deyil ki onların dəyəri yoxdu mənim üçün. Məgər dəyər sözlərləmi ölçülər? Mən heç əyilmərəm kimi düşünür bəziləri. Halbuki ətdən qandan Allahın quluyam mən də... Sınamağa çalışırlar nə zaman yanlış edərəm deyə hər addımıma nəzarət edirlər sanki mən səhv edə bilmərəmmiş kimi...Güclü görünmək dərdlərimi çox biruzə verməyib təbəssümlə əks etdirmək başqalarının yanında nə qədər çətin olsa da göz yaşlarını saxlamaq, atdığın hər addıma fikir vermək o demək deyil ki sən insan deyilsən... Məgər bütün bunlar duyğusuzluqmu, daş ürəklilikdirmi?!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
301 252 326 308 319 266

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.