reklam
Ağaclar çiçəklər güllər İlahi! Ağaclar çiçəklər güllər İlahi! http://i.hizliresim.com/ljy3Np.jpg
♔Kraliça♔

♔Kraliça♔ Şeirlər 29-02-2016, 16:22

Ağaclar çiçəklər güllər İlahi!

Ağaclar çiçəklər güllər İlahi!
Ağaclar çiçəklər güllər İlahi!



Könlümü,ruhumu aparır Sənə,
Keçdiyim dolanmac yollar,İlahi!

Bir canı borcluyuq,al canımızı,
Alma əlimizdən imanımızı!
Arındır,barındır zamanımızı,
Açılmış qarşında əllər,ilahi!

Endirib zirvədən dağı yol etmə,
Acgöz nəfsimizə bizi qul etmə!
Namərdi millətə Sən oğul etmə,
Yoxsa,yazıq olar illər,İlahi!

Ən böyük arzumuz-yol göstər bizə,
Fövqünə ucalaq,bu yetər bizə.
Səni dərk etməyə ağıl ver bizə,
Duasız qalmasın dillər,İlahi!


Sən doldur işıqla ürəyimizi,
Biz səndən umarıq diləyimizi.
Bir daha qul edə bilməsin bizi,
Quzeydən baş alan yellər,İlahi!

Qaldır pərdələri Sən gözümüzdən,
Mİllət seçə bilsin əməli sözdən.
Çox ayrı düşmüşük öz-özümüzdən,
Bizi özümüzə döndər,İlahi!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
422 384 420 423 472 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.