LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
Gulusum

Gulusum Xəbərlər 20-01-2021, 22:28

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
LoaDinG.Az xəbər saytı
Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Loading.az Qərb bürosuna istinadən xəbər verir ki, ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə keçirilən anım mərasimində faciə qurbanlarının xatirəsi yad edilib, ruhuna dualar oxunub.

Gəncə şəhərindəki Şəhidlər xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə inşa edilən abidə ziyarət olunub, üzərinə 100-ə yaxın şəhidin adı yazılan lövhə ziyarət edlib.

Ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla sakinlər gün ərzində Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini yad ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
251 185 236 198 223 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.