reklam
Küncüt yağı ilə hazırlanan möhtəşəm saç maskaları Küncüt yağı ilə hazırlanan möhtəşəm saç maskaları https://loading.az/uploads/posts/2021-01/thumbs/1610724752_loading.az_img_4808.png
Miracle

Miracle Dəri və saç 15-01-2021, 23:45

Küncüt yağı ilə hazırlanan möhtəşəm saç maskaları

Küncüt yağı ilə hazırlanan möhtəşəm saç maskaları
Küncüt yağı saç tellərini gücləndirir, saçı qidalandıraraq daha tez uzanmasını təmin edir.

Vitamin, zülal və minerallarla zəngin olan küncüt yağı saç dərisi üçün də faydalıdır.

Saç uzadan maska:

Tərkibi:

1 xörək qaşığı küncüt yağı

2 ədəd bildirçin yumurtası

1 ədəd avokado

Hazırlanması və tətbiqi:

Avokadonu soyub əzin. İçinə yumurta və küncüt yağını əlavə edib qarışdırın. Maskanı çəkib saçın dib hissələrini masaj edin. 1 saat gözlədikdən sonra saçlarınızı təbii tərkibli şampunla yuyub təmizləyin. Maska 10 gündən bir çəkilməlidir.

Saçlara parlaqlıq verən maska:

Tərkibi:

1 xörək qaşığı küncüt yağı

1 çay qaşığı quru maya

1 xörək qaşığı rozmarin yağı

1 xörək qaşığı su

1 çay qaşığı alma sirkəsi

Hazırlanması və tətbiqi:

Siyahıdakıları qarışdırın. Əldə etdiyiniz maskanı çəkib yarım saat gözləyin. Saçınızı şampunla yuyub təmizləyin.

Bu maskadan həftədə bir dəfə istifadə edilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 241 254 247 272 253

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.