Papatya_016

Papatya_016 Maraqlı 7-01-2021, 15:30

Memarlıq♥

Memarlıq♥
Memarlıq «architecton» - yunan sözüdür, mənası - yüksək usta memar deməkdir. Memarlıq - inşaat incəsənətidir. Gözəllik qanunu əsasında gerçəkliyi formalaşan yaradıcılıq növüdür. İnsan cəmiyyətinin inkişaf tarixi dünya sivilizasiyasının bütün mərhələlərində memarlıq abidələrində əks olunurdu.[3]

Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir.

Memarlıq tarixi
Memarlıq insanların həyat və fəaliyyəti üçün məkan mühitini formalaşdırır. Məhz bu, Memarlığı - Sənət – İncəsənət edir. Həmçinin memarlıq da hər bir incəsənət növü kimi, cəmiyyətin həyatı, onun tarixi, baxışları və ideologiyası ilə sıx bağlıdır. Memarlıq sənəti – həqiqətən də ictimai bir sənətdir . Təsadüf deyil ki, böyük sivilizasiyaları yalnız müharibələr və ya ticarətinə görə deyil, hər şeydən əvvəl, vaxtilə tikilmiş memarlıq abidələrinə əsasən xatırlanır. Memarlıq – bir şəhərin, dövlətin və bütovlükdə bir dövrün xüsusi "vizit kartıdır"!

Tarix boyu xalq memarlığı inkişaf etmişdir. Hər bir xalqın və dövlətin onun yaşam tərzini və ənənələrini əks etdirən memarlıq tarixi vardır. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.

Hər tikili konkret təyinata malikdir və buna görə də onun zahiri görünüşü insanların həyat tərzini büruzə verir. Memarların cəsarətli ideya və təşəbbüsləri qədim dövrdə materialların müxtəlifliyi və ideyaların parlaqlığı ilə seçilən qədim roman üslubu və ya zidd barokko üslublarını, renessans, müasir dövrdə isə modern və hay-tek (high-tech) kimi üslubların yaranmasına gətirib çıxartdı.

Müasir dövrdə şəhərlərin və ya ölkənin xüsusi simvolları sayılan qədim evlər, abidələr, qəsrlər və saraylar heç vaxt öz cazibədarlığını itirmir.

Memarlar Günü
Dünyada Memarlar günü 1949-cu ildə Lozannada təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd edilir.

Memarlığı bəzən "donmuş musiqi" adlandırırlar, çünki o, notlar kimi riyazi qanunlar və incəsənət üslublarına tabe olur. İnsan sivilizasiyasının inkişafının hər mərhələsi konkret tarixi dövrü, onun əsas xüsusiyyətlərini, ideologiyasını və xarakterini simvollaşdıran öz tipik Memarlıq üslubuna malikdir.

Tarix boyu sivilizasiyalar onlardan qalan memarlıq abidələri ilə fərqlənmişlər. Misir öz Ehramları, Çin - Böyük Çin Səddi, Roma İmperiyası - Böyük Kolizey və Müqəddəs Pyotr kilsəsi, Afina - qədim Akropol, Paris - Eyfel qülləsi ilə bütün dünyada məşhurdur.

Tək arzum sənsən ♥Reallaşdırmaqıma sadəcə 2 il qaldı♥

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 415 379 367 386 376

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.