Bakılı Avara

Bakılı Avara İdman 5-01-2021, 23:30

Teymur Rəcəbov Çempionlar Turuna başçılıq edir

Teymur Rəcəbov Çempionlar Turuna başçılıq edir
İki gün əvvəl Ermənistan şahmatçısı Levon Aronyana qalib gəlməklə 60 min dollar qazanan Teymur Rəcəbovun sürətli şahmat üzrə onlayn Çempionlar Turu çərçivəsində növbəti yarışının vaxtı bəllidir.

Araşdırmalara görə, bu turnirin növbəti mərhələsi 6-14 fevral (müntəzəm) tarixlərində keçiriləcək. Bu yarışda qalib 30 min, finalçı 15 min dollar qazanacaq.

Bundan başqa, Çempionlar Turunun 13-21 mart (əsas), 24 aprel - 2 may (müntəzəm), 23-31 may (əsas), 26 iyun – 4 iyul (müntəzəm), 31 iyul – 8 avqust (müntəzəm), 28 avqust – 5 sentyabr (müntəzəm) və 25 sentyabr – 3 oktyabr (final) tarixlərində mərhələləri keçiriləcək.

Qeyd edək ki, hazırda Teymur Rəcəbov yarışın baş tutmuş iki mərhələsi – “Skilling Open” (22-30 noyabr) və “Airthings Masters” (26 dekabr – 3 yanvar) turnirləri üzrə turnir cədvəlinə başçılıq edir. Şahmatçımız ilk yarışda 3, ikincidə 88 xal toplamaqla 91 xal qazanıb.

İkinci sırada “Skilling Open”ın qalibi Uesli So (ABŞ) gedir. Filippin doğumlu idmançının 62 xalı var. Levon Aronyan (Ermənistan) və klassik şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) 50 xala malikdir.

Onu da bildirək ki, müntəzəm və əsas turnirlərin fərqi reqlamentdə və mükafat fondundadır. Belə ki, əsas turnirlərdə mükafat fondu 200 min, müntəzəmdə 100 min dollardır. Final mərhələsində isə 300 min dollar şahmatçıların tutduğu yerdən asılı olaraq paylanılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
349 314 344 276 313 308

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.