1924-cü ildən bəri "James Bond" başda olmaqla Hollivudda minlərlə film istehsal edən "Metro Goldwyn Mayer" studiyaları iflas edib.
LoaDinG.aZ "MediaPost"a istinadən xəbər verir ki, şirkətin bütün film arxivi və serial məzmunu studiya ilə birlikdə satışa çıxarılıb. Bildirilib ki, şirkətin kitabxanasında 4 min film və ümumilikdə 17 min saatlıq televiziya layihəsi var.
Şirkətin dəyərinin 5.5 milyard dollar olduğu iddia edilsə də, studiyanın alınıb-alınmayacağı məlum deyil.
LoaDinG.Az - Həyat Hekayəni Yarat
