LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Maraqlı 24-12-2020, 20:00

Tarixin tozLu səhifəLəri:-24Dekabr

Tarixin tozLu səhifəLəri:-24Dekabr
LoaDinG.Az xəbər saytı
ABŞ vətəndaş müharibəsindən sonra köləlik tərəfdarı olan Konfederasiya ordusunun zabitləri Tennesi (Tennessee) ştatının Pulaski şəhərində 1865-ci ilin 24 dekabrında "Ku Klusk Klan" (Ku Klux Klan) adlı gizli irçi bir klub qurdular. Bu terror təşkilatının üzvləri zənciləri qorxudaraq ağların ölkənin cənubunda üstünlüyünü əldə saxlamağa çalışırdılar. Çox qısa müddətdə "Ku Klusk Klan" Amerika Birləşmiş Ştatlarındakı irqçilərin mərkəzi oldu.

***

24 dekabr Liviya xalqının milli bayramıdır.

Afrikanın şimalında yerləşən bu ölkə 1951-ci ilin bu günü müstəqilliyini elan edib. Amma Liviya 1969-cu ilə - Qəddafinin hərbi çevrilişinə qədər krallıq sistemilə idarə olunub.

***

Qıbrızdakı (Şimali Kipr) silahlı rumlar "Qanlı Milad" adı altında hücumlar təşkil edərək 1963-cü ilin 12 dekabrında Lefkoşada minbaşı (mayor) Nihat İlhanın ailəsini də hədəfə aldılar: İlhanın həyat yoldaşı Mürüvet İlhan və uşaqları Murad, Kutsi və Xaqan yunan terrorçuları tərəfindən evlərində öldürüldü.

***

1964-cü il 24 dekabrda Hindistan və Şri-Lankanı təsiri altına alan qasırğa 7 min adamın həyatına bais oldu.

***

1976-cı ilin 24 dekabrında baş verən zəlzələ Türkiyənin Van rayonunun Çaldıran qəsəbəsini sarsıtdı. Ətraf kənd və qəsəbələrərə də təsir edən zəlzələdə 3840 nəfər həyatını itirdi.

***

24 dekabr 1979-cu ildə keçmiş Sovet ordusu Əfqanıstanı işğal etdi. Yeli mücahidlərin 10 il davam edəcək müqaviməti və SSRİ-nin dağılma prosesi nəticəsində sovet əsgərləri 1989-cu ildə Əfqanıstandan geri çəkilmək məcburiyyətində qaldılar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 233 222 231 237 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.