ATU-nun Tədris Cərrahiyə Klinikasının assistenti Ziyad Abdullayev könüllü olaraq cəbhə bölgəsində xidmət edən həkimlərimizdən biridir.
LoaDinG.aZ şiddətli döyüşlərin getdiyi zaman yaşanan hadisələri həkimin dilindən izləyicilərlə nəql edir:
"Əsgərlərimizdən biri ağır yaralanmışdı, huşu özündə deyildi. Əlinin içində bayrağımızı necə sıxmışdısa, ovucunu aça bilmirdik. Ta ki, narkoz verənə qədər. O, "Qardaşım, qardaşım!" deyə qışqırırdı.
Digər yaralı əsgərimiz danışıq və eşitmə qabiliyyətini itirmişdi. Qələm verdik ki, yazsın. Yazdığı "Mən yaxşıyam, yalvarıram, gedib yaralanmış qardaşlarımı xilas edin" sözlərinə hamımız ağlamışdıq.
Ağdərə istiqamətindəki meşədə qalan 2 yaralı əsgərimiz düşmənə təslim olmayıb, sürünə-sürünə oradan çıxıblar. Yanlarında su bitdiyinə görə çantalarındakı ringer sistemini içiblər və sağ qalmağı bacarıblar. Belə oğlanlarımızın olduğunu görəndə əməliyyatların yorğunluğunu hiss etmirdik, qürur hissi keçirirdik.
Baş həkimdən tutmuş təmizlik işçilərinə qədər hamımız əsgərlərin qayğısına qalır, onların paltarlarını dəyişdirir, üzlərini yuyur, keşiklərini çəkirdik".
LoaDinG.Az - Həyat Hekayəni Yarat

"Yaralı əsgər bayrağımızı elə sıxmışdı ki, əllərini açmaq olmurdu" - HƏKİM DANIŞDI

LoaDinG.Az xəbər saytı

LoaDinG.Az xəbər saytı