LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
amon

amon İdman 16-12-2020, 19:43

Premyer Liqa klubunda məşqçi ayrılığı

Premyer Liqa klubunda məşqçi ayrılığı
LoaDinG.Az xəbər saytı
West Bromvich rəhbərliyi baş məşqçi Slaven Biliçi istefaya göndərib.

Loading.az klubun saytına istinadən xəbər verir ki, xorvat çalışdırıcı ilə birgə İngiltərə təmsilçisini onun üç köməkçisi də tərk edib.

West Bromvich-n mətbuat xidməti Biliçlə əməkdaşlığa son qoyulmasının səbəbləri haqda yaxın vaxtlarda məlumat verməyəcəklərini də ictimaiyyətin diqqətinə çatdırıb.

Klub yolları ayırdığı mütəxəssislərə uğurlar arzulayıb:

"Slavenə və məşqçilər korpusunun digər üzvlərinə ötənilki fəaliyyətlərinə, komandanın səviyyəsinin qaldırılmasına görə minnətdarıq. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq".

Qeyd edək ki, 2019-cu ildən West Bromvich-i çalışdıran Biliç 2 illik fasilədən sonra komandanı Premyer Liqaya qaytarıb. Son turda səfərdə Manchester City ilə 1:1 hesablı heç-heçə edən Premyer Liqa təmsilçisi 7 xalla turnir cədvəlinin 19-cusudur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
371 384 390 302 316 297

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.