Azərbaycan birinci divizionunun 10-cu turunda ötən gün MOİK-lə qarşılaşan "Turan Tovuz" nümunəvi addımla fərqlənib.
Loading.az xəbər verir ki, Tovuz təmsilçisisinin futbolçuları 2:0 hesabı ilə qalib gəldikləri oyunda əsgər və şəhidlərimizi yad ediblər. Vidadi Cəfərovun vurduğu ilk qoldan sonra futbolçular şəhidlərimizin ruhuna ehtiram olaraq formalarındakı nömrələrlə 2783 rəqəmini yaradıblar. Digər futbolçular isə əsgər salamı verib.
Xatırladaq ki, "Turan Tovuz" 24 xalla turnir cədvəlinə başçılıq edir
LoaDinG.Az - Həyat Hekayəni Yarat
