reklam
Mən sonsuza qədər səni gözləyirəm Mən sonsuza qədər səni gözləyirəm https://loading.az/uploads/posts/2017-02/1487078865_men-sonsuza-qeder-seni-gozleyirem.jpg
amon

amon Sevgi 1-06-2020, 15:31

Mən sonsuza qədər səni gözləyirəm

Mən sonsuza qədər səni gözləyirəm
Dünya kürə formasındadırsa mən o kürənin mərkəzi olsam. Sən radiusu olsan, dönsən dolaşsan, yenə mənə qayıtsan. Hər nöqtədə son dayanacağın mən olsam. Radiuslar sonsuz olur. Mən sonsuza qədər gözləsəm səni...

Sabah mən olmaya bilərəm. Sabah sən olmaya bilərsən. Sabah əbədi stop düyməsində bitər həyatım. Niyə bu qədər gecikirsən ki, mənə? Sevmək üçün, anlamaq üçün zaman çox azdı.

Bəzən dəhşətli bir istək oyanır içimdə. Səni axtarmaq istəyirəm. Zəng vurmaq salam, mənəm. Heç də uzaq olmayan keçmişdə sevdiyin,saydığın, mənimsədiyin insan. Necəsən? Mənsiz yaxşı keçirmi həyatın? O hər zaman axtardığın amma məndə heç vaxt tapmadığın və bəlkə də tapa bilməyəcəyin (sənin fikrin görə) inanılmaz hüzuru, səssizliyi, sakitçiliyi tapa bildin mi? Yarada bildin mi? Yaşaya bildinmi məndən sonra, gülə bildin mi?

Üşüdüyümüzdə pəncərəni bağlamaq qədər asan olsaydı kaş ki, Sevilmədiyimizi anladığımızda o adama ürəyimizi bağlamaq...

Bərk tut əllərimdən bərk tut buraxma. Həsrət yelləri axı aparar səni. Getmək fikrin varsa üzümə baxma. Soyuq baxışların yandırar məni !

« Həddini bilmədikdən sonra, çox şeyi bilmək bir işə yaramaz. Susqunluq heç kimi çaşdırmasın,çünki susan danışsa dözən olmaz...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
447 392 417 377 390 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.