Луна

Луна Maraqlı 30-11-2020, 21:15

İnsanı bəzi heyvanlara bənzətmək günahdırmı?

İnsanı bəzi heyvanlara bənzətmək günahdırmı?

Bu məsələdə mühüm olan insanın niyyətidir. Əgər başqasını təhqir etmək, aşağılamaq, məsxərəyə qoymaq üçün onu heyvana bənzətsələr, bu hərəkət günah olar. Çünki dinimiz heç kəsi həddindən artıq əskiltməyi, məsxərəyə qoymağı bəyənmir. İnsanlara təhqiramiz ləqəblər qoşmaq da günahdır. Məlumdur ki, təhqiramiz ləqəblərin bir qismi heyvan adları ilə bağlıdır.

Amma əgər bir şəxsi tərifləmək, hər hansı bacarığını vəsf etmək məqsədi ilə onu insanların gözündə mənfi sayılmayan heyvana bənzətsələr, bunun eybi yoxdur. Məsələn, "şir kimi cəsurdur", "gözləri şahin kimi itidir", "qarışqa kimi zəhmətkeşdir", "bülbül kimi cəhcəh vurur", "pişik kimi əzizlənməyi xoşlayır" ifadələrini işlətmək günah deyil. İslam tarixindən məlumdur ki, İmam Əlinin (ə) ləqəblərindən biri "Əsədullah", yəni "Allahın aslanı" olmuşdur. Eləcə də, müqəddəs şəxslərə aslan adını bildirən "Heydər", "Qəzənfər" ləqəbləri qoşulmuşdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
265 236 226 223 200 249

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.