reklam
Dadlı Və Zərif Tiramisu Ruleti Dadlı Və Zərif Tiramisu Ruleti https://loading.az/uploads/posts/2020-11/thumbs/1606598583_loading.az_dadli-ve-zerif-tiramisu-ruleti1-1024x576-1.jpg
Луна

Луна Mətbəx 29-11-2020, 18:50

Dadlı Və Zərif Tiramisu Ruleti

Dadlı Və Zərif Tiramisu Ruleti

Tərkibi:

Korj üçün:
100 qr un
100 qr şəkər tozu
3 ədəd yumurta
1 çay qaşığı qabartma tozu

Krem üçün:
250 qr kəsmik
150 qr xama
6 xörək qaşığı şəkər kirşanı
1 çay qaşığı qəhvə
Üzərini bəzəmək üçün kakao və kokos

Hazırlanma qaydası:


Korju hazırlamaq üçün soyuq yumurtaların ağını sarısından ayırın( yumurta soyuq olmalıdır – bu şəkildə kütlə daha yaxşı çırpılacaq). Yumurta sarısının üzərinə 60 qr şəkər tozu töküb yaxşıca çırpın. Başqa bir qabda yumurta ağını da qalan şəkər tozuyla çırpın. Yaxşıca çırpılmış yumurta ağının yarısını yumurta sarısıyla az-az birləşdirib spatuyla və ya taxta qaşıqla ehtiyyatla qarışdırın. Üzərinə unu da ələyib yaxşıca qarışdırın. Qalan çırpılmış yumurta ağını da əlavə edib qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə kütləni yayın. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin. Biskviti sobada çox saxladıqda çox quru olacaq və rulet kimi bükdüdə quruyub parçalana bilər. Bişən korju sobadan çıxarıb şəkər kirşanı səpilmiş mətbəx dəsmalıyla rulet formasında bükün.

Kremi hazırlamaq üçün bir qabda kəsmik, xama və şəkər kirşanını eynikütləli cins olanadək blenderlə yaxşıca qarışdırın.
Biskvitli korjun yumşaq olması və ətirli qəhvə dadlı olması üçün bir fincanda qəhvə dəmləyib soyudun.
Soyuyan biskviti qəhvəylə isladıb üzərinə krem yaxın. Üstünü bəzəmək üçün kremdən saxlayın.
Krem yaxılmış ruleti ehtiyyatla bükün. Qalan kremlə ruletin hər tərəfinə krem yaxın. Ruletin üzərini kremlə bəzəyib kakao və kokos səpib bir neçə saatlıq və ya bir gecəlik soyuducuya yerləşdirin.









Nuş Olsun! :)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
306 272 347 313 315 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.