“Far” vs. “a long way”

“Far” və “a long way” hər kisi uzaq mənasını verir. Fərqlərə diqqət yetirək:
1. “Far” sual və inkar cümlələrdə işlənir.
I can’t see very far without my glasses on. – Mən eynəksiz çox uzağı görə bilmirəm.
How far is your house from the station? – Sənin evin dayanacaqdan nə qədər uzaqdır?
2. “A long way” əksər hallarda təsdiq cümlələrdə işlənir. Əgər yol uzadır demək istəyiriksə,
“It’s far” demək yanlışdır, “It is a long way” doğrudur.
3. “Far” so, too, enough, as… as ifadələri ilə birlikdə (həm zaman, həm məkan mənasında)
təsdiq cümlədə işlənir.
So far, we have sent four letters to the Council about the litter on the street. – İndiyə qədər
Şuraya küçədəki zibillə əlaqədar 4 məktub göndərmişik.
Where we live is far enough away from the city. – Bizim yaşadığımız yer şəhərdən kifayət
qədər uzaqdır.
Far aşağıdakı hallarda sifətlərin və zərflərin qarşısında qüvvətləndirici məna verir və bu hallarda məsafə bildirmədiyi üçün təsdiq cümlələrdə işlənə bilir:
Far+comparative degree (müqayisə dərəcəsi):
The roads here are far better than in our country. – Buradakı yollar bizim ölkəmizdəkindən çox
daha yaxşıdır.
Far too + positive degree (adi dərəcə):
He loses his temper far too often. – O, həddindən artıq tez-tez özündən çıxır (əsəbiləşir).
By far + superlative degree (üstünlük dərəcəsi):
They are by far the best students in the class. – Onlar sinifədki ən yaxşı tələbələrdirlər.
“A long way” bəzi sabit söz birləşmələrinin tərkibində çıxış edir:
“has come a long way” ifadəsi inkişaf etmək, məcazi mənada uzun yol qət etmək deməkdir.
Our team has come such a long way. – Komandamız xeyli inkişaf edib.
“to be a long way off” müddət baxımından uzaqlığı bildirir və bu ifadədən sonra isim və ya
gerund gələ bilər.
The holidays are a long way off. – Tətilə çox var.
We’re a long way off retiring yet, Sarah. – Sara, bizim təqaüdə çıxmağımıza hələ çox var.