reklam
Günün qoroskopu: emosiyalarınıza hakim olun Günün qoroskopu: emosiyalarınıza hakim olun https://loading.az/uploads/posts/2020-11/thumbs/1606079832_loading.az_horoscope_4785665.jpg
Луна

Луна Bürclər 23-11-2020, 01:17

Günün qoroskopu: emosiyalarınıza hakim olun

Günün qoroskopu: emosiyalarınıza hakim olun

Qoç
Çox maraqlı gün olacaq. Sizi cazibədar və perspektivli layihələr gözləyir. Başlayacağınız işləri uğurla başa vura bilərsiniz.

Buğa
İşgüzar intuisiyanız və hissiyatınız güclüdür. Mənfəətdən daha çox problemlər bəxş edəcək təklifləri qəbul etməyin.

Əkizlər
Rəqabət mübarizəsində udan tərəf siz olacaqsınız. Rəqiblərlə bədxahları üstələmək üçün ciddi səylərə ehtiyac yoxdur. Axşam saatlarında baş tutacaq tanışlıq yaşamınızda önəmli rol oynaya bilər.

Xərçəng
Maliyyə durumu stabildir. Alış-veriş edə bilərsiniz. Qeyri-formal şəraitdə istənilən görüşlər üçün əlverişli gündür. Ailəvi istirahət üçün əlverişli zamandır.

Şir
Uğursuz və stresslə zəngin gündür. Lakin az sonra faydalı olacaq dərslər alın. Ənənələri pozmağa, sosial şərtlərin diqtə etdiyi məqamları geridə qoymağa çalışın. Kimsə sizi izafi dərəcədə ekstravaqant adam saya bilər. Narahat olmayın, Bilik və bacarıqlarınız yetərincə qiymətləndirəcəklər.

Qız
Təmaslarınızda diqqətli olun. Sizinlə təmaslara can atanların hamısı səmimi deyil. Yeni tanışlarla bağlı ilkin təəssüratlar dürüst deyil. İmiclə bağlı eksperimentlər üçün əlverişli zamandır.

Tərəzi
Yeni işlər üçün əlverişli gündür. Məlumatlarınızın çox az olduğu layihəyə belə, başlaya bilərsiniz. İnsanlarla sıx ünsiyyət, təmaslar və fəallıq tələb edən işlərdə uğur qazanacaqsınız.

Əqrəb
Kollektiv zəhmət münasibdir. Günün ikinci yarısında yardım istəyənlərə kömək edin. Yaxınlarınızla bahəm, yaxşı tanımadığınız insanlara da arxa durun.

Oxatan
Emosiyalarınıza hakim olun. Diqqətli davranın, rəqiblərin istəklərinə fikir verin. Onların sözlərinin ikinci mənasını anlamağa çalışın.

Oğlaq
Yaxşı bələd olmadığınız insanların birindən təklif alacaqsınız. Təklifin gerçəkləşməsi sizinlə bahəm, həmin şəxsin özündən asılıdır. Sərvaxt olun, imkanları əldən verməyin.

Dolça
İlüziyalardan qurtularaq real işlərlə məşğul olmağa başlayın. Verdiyiniz vədləri unutmayın. Ciddi məqsədləri müəyyənləşdirərək priorietlərdə yerdəyişmələr edə bilərsiniz. Xəyallara qapılmayın, realist olun.

Balıqlar
Başladığınız işləri başa vurmağa çalışarkən mühüm anlarla məqamları nəzərdən qaçırmayın. Formalaşan şərtlərin diqtə etdiyi addımları atmazdan əvvəl düşünün.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
214 250 256 258 250 260

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.